Kinorejissor Tima Bertonun “Alisa” filminə İngiltərə və Hollandiyada qadağa qoyulub. «Bloomberg» agentliyinin yaydığı məlumata görə, buna səbəb “Walt Disney” kinokompaniyasının sözügedən filmin linsenziyalı DVD formatında yayımlanmasına əvvəllər nəzərdə tutulmuş müddətin dəyişdirilməsidir. İlkin variantlarda “Alisa möcüzələr diyarında” adlanan və bütün dünyada çox məşhur olan bu filmin yaradıcıları, hazırda yeni lisenziya şərtləri irəli sürməklə digər istehlakçıların filmin prokatından daha tez gəlir əldə etmək imkanlarını məhdudlaşdırıblar. Belə ki, əvvəlki qaydalara görə, film yazılmış DVD çarxları daha tez satışa çıxarılırdı. İndiki qaydalarda buna 12-13 həftəlik məhdudiyyət qoyulur. Onu da qeyd edək ki, dünyada olduqca populyar olan “Alisa möcüzələr diyarında” adlanan nağıllar kitabının müəllifi ingilis riyaziyyatçısı, Luis Kerrol təxəllüsü ilə yazan Çarlz Docsondur.