May ayında Norveçdə keçiriləcək 55-ci "Eurovision" mahnı müsabiqəsində Türkiyəni təmsil edəcək "Manqa" qrupunun səsləndirəcəyi mahnının sözləri qalmaqala səbəb olub. Bəzi qəzetlərdə mahnının demokratik açılım ilə əlaqələndirilməsi qrup üzvlərini əsəbiləşdirib.Qrupun solisti Fərman Akgül, "We Could Be The Same" (“Eyni ola bilərdik”) adlı mahnını Türkiyədəki etnik qrupları nəzərdə tutaraq yazmadıqlarını bildirib. Solist, "Mahnı iki fərqli adamın bir-birini sevdiyi zaman aralarındakı fərqlilikləri əhəmiyyətsiz hesab etmələrindən bəhs edir. Mahnı ingiliscə olduğuna görə, ola bilsin düzgün başa düşülməyib. Mahnını diqqətlə dinləmək lazımdır. Əgər mövzu "Eurovision" olmasaydı, sözsüz ki, belə tənqidlər olmazdı", deyə bildirib.Mahnının müzakirəyə səbəb olan hissəsi:
   
   Yeni bir səhifə açdığımı hiss edirəm,
   Dünyanın bir səhnə olduğunu hiss edirəm,
   Dramın sona çatacağını düşünmürəm,
   Hiddəti buraxacaqlarını düşünmürəm,
   Amma dünyanın möhtəşəm ola biləcəyini bilirəm,
   Səni onların səndən nifrət etdiyindən daha çox sevə bilərəm.
   Kimi ayıbladıqları əhəmiyyətli deyil,
   Onları öz oyunlarında məğlub edə bilərik.