İran və Azərbaycan pop musiqiçiləri birgə Tehran, Təbriz şəhərlərində və Avropada konsert verəcək. "Araz" qrupunun rəhbəri Rəhim Şəhriyari bildirib ki, qrup martın 6-7-də Tehranda, 13-16-da isə Təbrizdə konsert verəcək. Onun sözlərinə görə, Avropa turnesində isə martın 20-də İstanbul, 26-da Vyana və 27-də Parisdə konsert veriləcək. “Araz” qrupu indiyədək İran, Avropa, Kanada və Amerikada müxtəlif konsertlərlə çıxış ediblər.