33 yaşlı Bobbi Donnerin hovuzda boğulduğu bildirilir
   
   Almaniyanın "Eurovision-2010" müsabiqəsindəki namizədi infarktdan dünyasını dəyişdiyi deyilir. "Bild" qəzetinin yazdığına görə, "Eurovision-2010"a əsas namizədlərdən biri olan Bobbi Donner 33 yaşında vəfat edib. İnfarkt keçirən Donner 8 gün koma vəziyyətində yatdıqdan sonra keçinib. "Mənim oğlum Banqkokda hovuzda huşunu itirib. Həkimlər onu xilas etmək istəsələr də, o özünə gəlməyib. Nə baş verdiyini hələ də başa düşə bilmirik. Mənim oğlum tamamilə sağlam idi", - deyə müğənninin gözüyaşlı anası Erika Donner bildirib.