Dünyanın ulduz müğənnilərindən hesab olunan Şakira BMT medalı ilə təltif olunub. Şakira İsveçrədə “Sülh naminə sosial ədalət” medalı alıb. Şakira eyni zamanda Barefoot xeyriyyə fondunun təsisçisidir. O, Kolumbiyanın az təminatlı ailələrinin uşaqlarına təhsil almaları üçün yardım göstərir. YUNİSEF-in xoşməramlı səfiri olan Şakira, BMT medalını qəbul edərək, bundan sonra da planetin zorakılıqdan və yoxsulluqdan əziyyət çəkən uşaqlarına yardımlarını davam etdirəcəyini bildirib.