"Miss Rusiya-2010" adına İrina Antonenko layiq görülüb. 18 yaşlı Rusiya gözəli Yekaterinburq təmsilçisi olub. Gözəllik şahzadəsi tacından başqa İrina Antonenko 100 min dollar pul mükafatı, təhsil qrantı və Rusiyanı "Dünya gözəli" müsabiqəsində təmsil etmək hüququ qazanıb. Yeni seçilən "Miss Rusiya-2010"nun boyu 178 sm-dir. 51 nəfərin mübarizə apardığı müsabiqədə ilk üçlükdə isə Tatarıstan və Çelyabinskdən olan qızlar qərarlaşıb.