Bakı Biznes Mərkəzində ölkəmizin turizm potensialına həsr olunmuş təqdimatlar təşkil olunacaq
Yay turizm mövsümünün başa çatması ilə əlaqədar, həmçinin 27 sentyabr - Dünya Turizm günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçiriləcək. Nazirliyin Turizm şöbəsindən verilən məlumata görə, sentyabrın 29-da dövlət qurumlarının, ölkəmizdə akkreditə olunmuş xarici səfirliklərin və turizm sənayesində aktiv fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin iştirakı ilə Bakı Biznes Mərkəzində müxtəlif təqdimatlar təşkil olunacaq.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin İnvestisiya və Texniki Proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimov tərəfindən hazırda Qusarda inşa edilən Şahdağ qış-yay turizm kompleksi haqqında geniş təqdimat veriləcək. Fransanın “Mondeos” nəşriyyat evi tərəfindən hazırlanmış “Azərbaycanın Bələdçi Kitabı”-nın, Böyük Britaniyanın “Hedonist Guide” şirkəti tərəfindən hazırlanmış “Bakı haqqında kataloq”un, “ERA Marketing Center” şirkətinin ölkə vətəndaşları arasında turizmlə bağlı keçirdiyi sorğu-müayinənin nəticələrinin, “Azərbaycanın yeni turist marşrutlarını kəşf edək” layihəsi çərçivəsində 3-5 sentyabr tarixində keçirilmiş Bakı-Quba-Şamaxı-Bakı istiqamətində Avto Safarinin və I Milli Turizm mükafatının təqdim edilməsi mərasimləri də tədbirin proqramında yer alıb.
Məlumatda o da bildirilir ki, “Mondeos” jurnalı tərəfindən keçirilən yarışda qalib gələn iki şəxsə “Millennium Tourism & Congress” şirkətinin mükafatı da sözügedən tədbirdə sahibinə təqdim ediləcək.
Qeyd edək ki, Dünya Turizm Təşkilatının qərarına əsasən, bu il Dünya Turizm gününün şüarı “Turizm və biomüxtəliflik”dir.
Fəxriyyə