“Verisign” şirkətinin domen sənayesinin inkişafı haqqında hesabatına əsasən, 2013-cü ildə internetdə 271 milyon domen adı qeydiyyatdan keçirilib. Xatırladaq ki, “Verisign” şirkəti “.com”, “.net” və “.org” domen zonalarının administratoru funksiyasını yerinə yetirir.
Şirkətin məlumatına görə, 2013-cü ilin son üç ayı ərzində internetdə domen bazasının təmiz artımı 5 milyon ad təşkil edib. 2013-cü ildə 271 milyon domen işləyib ki, bu da ötən illə müqayisədə 18,5 milyon çoxdur. Hazırda “.com” zonasında 112 milyondan çox domen işləyir və ən böyük domen zonası adını özündə saxlayır. İkinci yerdə Sakit okeanda Tokelau ada dövlətinə məxsus “.tk” domen zonası yer alıb.
Məlum olduğu kimi, “.tk” domen zonasında qeydiyyat ödənişsizdir. Qeydiyyat sisteminin ödənişsiz olması fırıldaqçıları və kiber cinayətkarları bu domen zonasına cəlb edir. “Google” şirkətinin rəsmiləri hələ ötən il bildirmişdilər ki, onun axtarış sistemi bu zonanı indeksləşdirməyəcək.
Domenlərin sayına görə üçüncü yerdə 18 milyon domen adına məxsus Almaniya milli zonası, dördüncü yerdə “.net” domeni qərarlaşıb.
Dünya üzrə internet saytlarının sayı isə ötən il 650 milyondan çox olub. Bu rəqəm hər il 40-50 milyon artır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar