«İlk olaraq bildirim ki, Azərbaycan mədəni mübadilə ənənəsinə sadiq qalan ölkədir və bu qloballaşan dünyanın ən çox ehtiyac duyduğu nüansdır. Bu gün mədəniyyətlərarası dialoq bəşəriyyətin xilası, mədəni dözümlülük üçün əsasdır. Elə buna görə də «Mədəniyyətlararsı dialoqda qadınların rolu» mövzusunda Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən tədbiri yüksək dəyərləndirirəm. Bu ilk təşəbbüs özünün gözəl nəticələrini artıq verməkdədir. Bilirsiniz ki, bu konfransın ardınca şəhərinizdə daha bir mədəni mübadiləyə çağıran tədbir reallaşdı. İnanıram ki, Heydər Əliyev Fondu bu bəşəri missiyanı bundan soqnra da davam edəcək. Çünki qədim Azərbaycan mədəniyyətinin dünyada təbliğində fondun öz məqsədləri və böyük planları var».