Azərbaycan
   
   30 aprel 1937 - Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin şah əsəri olan «Koroğlu» operasının (librettonun müəllifləri Q.İsmayılov və M.S.Ordubadi) ilk tamaşası keçirilib.
   30 aprel 1947 - Xalq artisti, məşhur tarzən Ramiz Quliyev Ağdamda anadan olub.
   1 may 1494 - Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Məhəmməd Füzuli (1494-1556) İraqın Kərbəla şəhərində anadan olub. Həmin dövrdə İraq Səfəvi dövlətinin tərkibinə daxil idi, türk Bayat tayfasından olan Füzulinin ailəsi buraya Azərbaycandan köçmüşdü. Füzuli Azərbaycan türkcəsində, ərəb və fars dillərində yazıb. Ana dilində yazdığı "Leyli və Məcnun" poeması dünya ədəbiyyatının inciləri sırasına daxildir. Şair Kərbəlada vəfat edib və İmam Hüseynin məqbərəsinin yanında dəfn olunub.
   1 may 1909 - Ədəbiyyatşünas-alim, akademik Məmməd Cəfər (1909-1992) anadan olub. Ədəbiyyat tarixi və nəzəriyyəsinə dair əsərlərin, dərsliklərin, estetik və pedaqoji problemlərə aid kitabların müəllifidir.
   1 may 1934 - Tanınmış yazıçı, dramaturq, ssenarist İsi Məlikzadə (1934-1995) anadan olub.
   3 may 1857 - Görkəmli yazıçı-publisist, teatr xadimi Əsgər Adıgözəlov (Gorani) (1857-1910) anadan olub.
   
   Dünya
   
   30 aprel 1917 - Məşhur Amerika ssenaristi və yazıçısı Herri Braun (1917-1986) anadan olub.
   1 may 1924 - Tanınmış gürcü aktyoru və rejissoru David Abaşidzenin (1924-1990) doğum günüdür.
   2 may 1902 - Görkəmli Avstriya yazıçısı Alan Marşall (1902-1984) anadan olub.
   2 may 1901 - Tanınmış alman yazıçısı Villi Bredel (1901-1964) anadan olub.
   2 may 1519 - Görkəmli italyan rəssamı və arxitektoru Leonardo da Vinçi (1452-1519) vəfat edib.
   2 may 1857 - Məşhur fransız yazıçısı Alfred de Müsse (1810-1857) vəfat edib.
   3 may 1891 - Sovet yazıçısı Mixail Bulqakovun (1991-1940) doğum günüdür.
   3 may 1616 - İngilis dramaturqu Vilyam Şekspir (1564-1616) vəfat edib.
   3 may 1856 - Görkəmli fransız bəstəkarı Adolf Adan vəfat edib (1803-1856).
   3 may 1981 - Hind aktrisası Nərgiz (1929-1981) vəfat edib.
   3 may 1987 - Məşhur italyan müğənnisi Dalidanın (1933-1987) vəfatı günüdür.
   3 may 1998 - Tanınmış Amerika aktyoru Corc Merfi vəfat edib (1902-1998).
   3 may 2000 - Gürcü aktyoru, «Yaramaz» filmində baş rolun ifaçısı Mamuka Kikaleşvili (1960-2000) vəfat edib.
   4 may 1914 - Tanınmış fransız yazıçısı Emmanuel Roble anadan olub (1914-1995).
   4 may 1929 - Məşhur ingilis aktrisası Odri Hepbernin (1929-1993) doğum günüdür.
   4 may 1931 - Tanınmış rus dirijoru, pianisti və pedaqoqu Gennadi Rojdestvenski dogulub.