Azərbaycan
   
   15 may 1922 - SSRİ-nin Xalq artisti, bəstəkar Rauf Hacıyev (1922-1995) anadan olub. Populyar mahnıların, operettaların müəllifidir. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
   15 may 1944 - Aktyor və kinorejissor, Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov anadan olub.
   16 may 1992 - Tanınmış kinooperator, rejissor, ssenarist Arif Nərimanbəyov (13.04.1918-1992) vəfat edib.
   17 may 1870 - Yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) Şuşada anadan olub. "Dağılan tifaq", "Bəxtsiz cavan" və s. pyeslərin, bir çox hekayələrin müəllifidir. Rusiya Dövlət Dumasının (1906-1907) deputatı olub.
   
   Dünya
   
   14 may 1265 - İntibah dövrünün dahi italyan şairi Dante Aligeri (1265-1321) anadan olub.
   14 may 1944 - Amerika kinorejissoru Corc Lukas (George Walton Lucas Jr.) anadan olub.
   14 may 1952 - Populyar rus estrada mahnılarının bəstəkarı Vladimir Mateskinin doğum günüdür.
   14 may 1998 - Məşhur Amerika müğənnisi Frenk Sinatra (Frank Sinatra, 1915-1998) vəfat edib.
   15 may 1567 - İtaliya bəstəkarı Klaudio Monteverdi (Claudio Monteverdi, 1567-1643) anadan olub.
   15 may 1795 - Alman bəstəkarı və musiqişünası Adolf Bernhard Marks (1795-1866) anadan olub.
   15 may 1848 - Görkəmli rus rəssamı Viktor Vasnesovun (1848-1926) doğum günüdür.
   15 may 1862 - Avstriya dramaturqu Artur Şnisler (Arthur Schnitzler, 1862-1931) anadan olub.
   15 may 1925 - Rus bəstəkarı, SSRİ-nin Xalq artisti Andrey Eşpayın doğum günüdür.
   16 may 1898 - Yaponiya Milli kinematoqrafiyasının banilərindən olan kinorejissor Kendzi Midzoquti (Kenji Mizoguchi, 1898-1956) anadan olub.
   16 may 1910 - Görkəmli rus-sovet yazıçısı və şairəsi Olqa Berqols (1910-1975) anadan olub.
   16 may 1915 - Tanınmış İtaliya kinorejissoru Mario Moniçellinin (Mario Monicelli) doğum günüdür.
   16 may 1966 - Amerika pop-musiqisinin ulduzu, dünya şöhrətli Maykl Ceksonun bacısı Canet Gekson (Janet Damita Jo Jackson) anadan olub.
   17 may 1510 - Görkəmli italyan rəssamı Sandro Bottiçelli (əsl adı Alessandro di Mariano Filipepi, 1445-1510) vəfat edib.
   17 may 1873 - Fransız yazıçısı Anri Barbüs (Henri Barbusse, 1873-1935) anadan olub.
   17 may 1904 - Məşhur fransız aktyoru Jan Qaben (əsl adı Jan Aleksis Monkorje, 1904-1976) anadan olub.
   17 may 1936 - Amerika aktyoru və rejissoru Denis Hopperin doğum günüdür.
   18 may 1048 - Böyük fars şairi, filosof və astronom Ömər Xəyyamın (Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri, 1048-1131) doğum günüdür.
   18 may 1869 - Məşhur ləzgi xalq şairi, aşıq Süleyman Stalski (Həsənbəyov, 1869-1937) anadan olub.
   18 may 1913 - Fransız müğənnisi və bəstəkarı Şarl Trene (Charles Trenet, 1913-2001) anadan olub.
   18 may 1936 - Görkəmli qazax şairi, əbədiyyatşünas, dövlət xadimi Oljas Süleymenovun doğum günüdür.
   18 may 1962 - Ötən əsrin 80-90-cı illərinin dünyaca populyar estrada ulduzu, alman pop-müğənnisi Sandra (Sandra Lauer - Sandra Ann Lauer) anadan olub.
   18 may 1977 - Beynəlxalq Muzey Şurasının (International Council of Museums - ICOM) SSRİ-də (Moskva və Leninqrad) keçirilən 11-ci baş konfransında sovet nümayəndə heyətinin təşəbbüsü ilə 18 may - Beynəlxalq Muzeylər Günü kimi təsis olunub.