Azərbaycan
   
   19 may 1907 - Bakıda "Bəhlul" satirik jurnalı nəşrə başlayıb. “Molla Nəsrəddin” jurnalının təsiri altında nəşr olunan dərginin redaktoru Ələsgər Əliyev idi. Altı ay ərzində (1907-ci il noyabrın 4-dək) jurnalın cəmisi 9 sayı işıq üzü görüb. M.Ə.Sabirin Bəhlul Danəndəyə həsr olunmuş bir neçə şeiri ilk dəfə bu dərgidə dərc olunmuşdu.
   19 may 1910 - XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rza (1910-1981) Göyçayda anadan olub. Vətənpərvərlik, humanizm üzərində köklənən, fəlsəfi ruhlu şeir və poemaların müəllifidir. Rus və Avropa şairlərinin əsərlərini dilimizə tərcümə edib. Azərbaycan Yazıçılar İttifaqının sədri olub.
   19 may 1935 - Şair və tərcüməçi Vladimir Əbüləzim oğlu Qafarov (1935-2000) Sabirabad şəhərində anadan olub. Klassik və müasir Azərbaycan şairlərinin bir çoxunun əsərləri məhz onun tərcüməsində rusdilli oxuculara təqdim olunub.
   20 may 1884 - Görkəmli ədəbiyyatşünas və şair Salman Məmmədəmin oğlu Əsgərov (Salman Mümtaz, 1884-1941) Şəkidə anadan olub. Elmi tədqiqatları nəticəsində Azərbaycanın bir sıra şair və aşıqlarının naməlum əlyazmalarını üzə çıxarıb. 1941-ci ildə Stalin repressiyasının qurbanı olub.
   20 may 1904 - Xalq yazıçısı Əbülhəsən (Ələkbərzadə Əbülhəsən Əlibaba oğlu (1904-1986) Şamaxı qəzasının Basqal kəndində anadan olub. «Yoxuşlar», «Müharibə», «Dostluq qalası», «Tərs adamlar», «Dünya qopur» və s. romanların müəllifidir.
   20 may 1907 - Milli səhnəmizdə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri, Xalq artisti Həqiqət Rzayeva (1907-1969) anadan olub. Uzun illər Opera və Balet Teatrının solisti olub, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb.
   20 may 1920 - Bakıda Əli Bayramov adına Mərkəzi Qadınlar Klubu açılıb. Mədəniyyət müəssisəsi qadınlar arasında mədəni-maarif işinə mühüm töhfələr verib. Bir sıra tanınmış aktyor və müğənnilər sənətdə ilk addımlarını burada atıblar. Klubun filialı kimi fəaliyyətə başlayan İsrafil Əbilov adına Mədəniyyət Mərkəzi (Bakının Yasamal rayonu) bu gün də paytaxtın mühüm mədəniyyət ocaqlarındandır.
   20 may 1929 - Folklorşunas-alim Mürsəl İsmayıl oğlu Həkimov (1929-2006) Qazax rayonunun Kəmərli kəndində anadan olub.
   20 may 1946 - Xalq şairi, publisist, tərcüməçi, ictimai xadim Sabir Xudu oğlu Rüstəmxanlı Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. «Gəncə qapısı» (1981), «Sağ ol, ana dilim» (1983), «Qan yaddaşı» (1986), «Ömür kitabı» (1988), «Atamın ruhu» (2002), «Xətai yurdu» (2003) və s. kitabların müəllifidir.
   
   Dünya
   
   19 may 1762 - Alman filosofu İohann Qotlib Fixte (Johann Gottlieb Fichte, 1762-1814) anadan olub.
   19 may 1898 - İtalyan yazıçısı və mütəfəkkiri Yulius Evola (Julius Evola, 1989-1974) anadan olub.
   19 may 1904 - Rus kinodramaturqu və kino nəzəriyyəçisi Mixail Yuryeviç Bleyman (1904-1973) anadan olub.
   19 may 1924 - Rus-sovet kinorejissoru Naum Borisoviç Birman (1924-1989) anadan olub.
   19 may 1946 - İtaliya aktyoru, «Sprut» serialı ilə dünya şöhrəti qazanmış Mikele Plaçidonun (Michele Placido) doğum günüdür.
   19 may 1948 - Amerika aktrisası və müğənnisi Qrey Cons (Grace Jones) anadan olub.
   19 may 1977 - Uruqvay əsilli Argentina aktrisası və müğənnisi Nataliya Oreyranın doğum günüdür.
   20 may 1444 - Görkəmli italyan arxitektoru Donate Bramante (Donato Bramante - Donato d"Angelo Lazzari, 1444-1514) anadan olub.
   20 may 1799 - Dünya ədəbiyyatının klassiki, fransız yazıçısı Onore de Balzak (Honore de Balzac, 1799-1850) anadan olub.
   20 may 1804 - Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub.
   20 may 1830 - Fransız yazıçısı Ektor Malo (Hector Malot. 1830-1907) anadan olub.
   20 may 1851 - Alman əsilli Amerika alimi, qrammofonun ixtiraçısı Emil Berliner (Emil Berliner, 1851-1929) anadan olub.
   20 may 1882 - Norveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatçısı (1928) Siqrid Unset (Sigrid Undset, 1882-1949) anadan olub.
   20 may 1899 - Rus rəssamı Aleksandr Aleksandroviç Deyneka (1899-1969) anadan olub.
   20 may 1923 - Ədəbiyyat üzrə Nobel mükafatının laureatı (1991) Nadin Qordimer (Nadine Gordimer, Cənubi Afrika Respublikası) anadan olub.
   20 may 1939 - Rusiyanın tanınmış kino və estrada aktyoru Roman Karsev (Kas) anadan olub.
   20 may 2009 - Görkəmli rus aktyoru, SSRİ-nin Xalq artisti Oleq Yankovski (1944-2009) vəfat edib.