Azərbaycan
   
   22 may 1918 - SSRİ Xalq artisti, görkəmli rejissor, aktyor, pedaqoq Mehdi Məmmədov (1918-1984) anadan olub. 1946-cı ildən Milli Dram Teatrında rejissor və aktyor kimi fəaliyyət göstərib. Quruluş verdiyi tamaşalar milli teatr tariximizdə əhəmiyyətli yer tutur.
   22 may 1937 - Bəstəkar, Xalq artisti Aqşin Əliqulu oğlu Əlizadə Bakıda anadan olub. «Babək» baletinin, musiqinin müxtəlif janrlarında əsərlərin müəllifidir. Bir sıra kinofilmlərə musiqi yazıb.
   23 may 1919 - Xalq yazıçısı Hüseyn İbrahimov Naxçıvan MR-in Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. Naxçıvan Ali Sovetinin Sədri (1963-1967) işləyib. 2008-ci il aprelin 10-da dünyasını dəyişib.
   23 may 1923 - Azərbaycan Mərkəzi Dövlət Kitabxanasının (indiki Milli Kitabxana) təntənəli açılışı keçirilib.
   24 may 1830 - Publisist, maarif xadimi Hüseyn Əfəndi Yusif oğlu Qayıbov (1830-1917) anadan olub.
   24 may 1874 - Görkəmli şair, tərcüməci Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə, 1874-1918) Şamaxıda anadan olub. Şairliklə yanaşı, tərcüməçilik fəaliyyəti də çox zəngin olub. Klassik rus, ərəb, fars, gürcü və fransız yazıçılarının əsərlərindən tərcümələr edib, onları “Məğrib günəşləri” (iki cilddə) adlı kitabında 1912-ci ildə çap etdirib.
   24 may 1875 - Maarif xadimi, şair, publisist, tərcüməçi, folklorşünas Məhəmməd Mirzə Kərim oğlu Axundzadənin (1875-1923) doğum günüdür.
   24 may 1879 - Publisist, teatr xadimi Mehdibəy Süleyman oğlu Hacınski (1879-1941) anadan olub.
   24 may 1880 - Şair, publisist, ictimai xadim Əliqulu Ələkbər oğlu Nəcəfov (Əliqulu Qəmküsar, 1880 - 1919) anadan olmasının 130 illiyi tamam olur.
   24 may 1885 - Tədqiqatçı alim, tərcüməçi Əli Eyyub oğlu Şabanov (1885-1949) anadan olub.
   24 may 1885 - Şair, publisist Cabbar Əsgər oğlu Əsgərzadənin (1885-1966) doğum günüdür.
   24 may 1899 - Şairə Ümgülsüm Sadıqzadə (1899-1946) Bakının Novxanı kəndində doğulub. Yazıçı-dramaturq Seyid Hüseynin həyat yoldaşı olub. 1937-ci ildə ailəlikcə repressiya ediliblər. S.Hüseyn güllələnib, Ü.Sadıqzadə isə Sibirə sürgün edilib və 1946-cı ildə dünyasını dəyişib.
   24 may 1919 - Ədəbiyyatşünas Hüseynqulu Məmməd oğlu Məmmədov (Hüseynqulu Məmmədli) anadan olub.
   24 may 1925 - Məşhur azərbaycanlı kardioloq, publisist, ictimai xadim Cavad Heyət Təbrizdə anadan olub. Həkim kimi şöhrət qazanmaqla yanaşı, eyni zamanda, tanınmış türkoloqdur. Uzun illər Tehranda Azərbaycan dilində nəşr olunan «Varlıq» jurnalının yaradıcısı, dünya azərbaycanlıları diasporunun görkəmli nümayəndələrindəndir.
   24 may 1925 - Nasir, publisist Hacı İsmayıl Əli oğlu Feyzullabəyli anadan olub.
   24 may 1930 - Şair, tərcüməçi Əli Məmmədov (Əli Səngərli) anadan olub.
   24 may 1935 - Şair Hacıbala Səməd oğlu Şirinov (1935 - 2000) anadan olub.
   24 may 1935 - Ədəbiyyatşünas Sabir Xəlil oğlu Əliyev anadan olub.
   24 may 1935 - Ədəbiyyatşünas, tənqidçi Vəli Musa oğlu Osmanlı anadan olub.
   24 may 1939 - Ədəbiyyatşünas, şair İmadəddin Şahverdi oğlu Zəkiyev anadan olub.
   24 may 1944 - Şair, folklorşünas Əli Əkbər oğlu Kəmali (1944-1996) anadan olub.
   24 may 1948 - Görkəmli aktyor, Xalq artisti Fuad Ağarəhim oğlu Poladov Bakıda doğulub. Teatrda, kinoda və televiziya tamaşalarında zəngin obrazlar qalereyası yaradıb.
   24 may 1949 - Tərcüməçi, publisist Adilxan Hüseynəli oğlu Bayramov anadan olub.
   24 may 1967 - Filoloq-alim, yazıçı, dramaturq, dövlət xadimi Şıxəli Qurbanov (1925-1967) vəfat edib
   25 may 1925 - Şair, nasir, dramaturq Həsən Mehdi oğlu Fətullayev anadan olub.
   
   Dünya
   
   21 may - (Dialoq və İnkişaf Naminə) Dünya Mədəni Müxtəliflik günüdür. Bu gün 2003-cü ildən BMT Baş Assambleyasının qərarı ilə (2003-cü il 20 fevral tarixli qətnamə) qeyd olunur.
   21 may 1855 - Belçika şairi, dramaturq və tənqidçi Emil Verharn (1855-1916) anadan olub.
   21 may 1471 - İntibah dövrünün alman rəssamı Albert Dürer (Albrecht Dürer, 1471-1528) anadan olub.
   22 may 1813 - Böyük alman bəstəkarı Rixard Vaqnerin (Richard Wagner, 1813-1883) doğum günüdür.
   22 may 1859 - İngilis yazıçısı, Şerlok Holms haqqında məşhur əsərlərin müəllifi Artur Konan Doyl (Arthur Conan Doyle, 1859-1930) anadan olub.
   22 may 1885 - Görkəmli fransız yazıçısı Viktor Hüqo (Victor Marie Hugo, 1802-1885) vəfat edib.
   24 may 1905 - Görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı (1965) Mixail Aleksandroviç Şoloxov (1905-1984) anadan olub.
   24 may 1940 - Rus şairi, Nobel mükafatı laureatı (1987) İosif Brodski (1940-1996) anadan olub.
   25 may 1942 - Tanınmış rus aktyoru Aleksandr Kalyaqin anadan olub.