Azərbaycan
   
   26 may 1877 - Azərbaycanlı maarifçi-alim Məhəmmədəli Tərbiyət (1877-1940) Təbrizdə anadan olub. Bu şəhərdə yeni tipli "Tərbiyət" mədrəsəsi və kitabxana açıb, oranın bələdiyyə rəisi olub. Qədim dövrlərdən XX əsrədək Azərbaycan mədəniyyəti haqqında "Danişməndani-Azərbaycan" ensiklopedik əsərin müəllifidir.
   26 may 1894 - Ədəbiyyatşünas alim, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894-1938) Şəmkir rayonunun Xuluflu kəndində anadan olub. 20-ci illərdə latın qrafikası üzrə əlifbanın Azərbaycanda tətbiqi, digər türkdilli ölkələrdə yayılması işində aktiv fəaliyyət göstərib, «El aşıqları” toplusunu tərtib edib. Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib. Stalin repressiyasının qurbanı olub.
   26 may 1914 - Görkəmli yazıçı və dramaturq İlyas Əfəndiyev (1914-1996) anadan olub. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost" və s. romanların, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin müəllifidir.
   26 may 1922 - Bakıda Zaqafqaziya qadınlarının I qurultayı keçirilib.
   Mayın sonu 1925 - "Maarif işçisi" adlı aylıq siyasi, ictimai, ədəbi, pedaqoji jurnalın 1-ci sayı çapdan çıxıb.
   26 may 1938 - Şair Adil Rəsul (1938-1997) anadan olub.
   26 may 1953 - Ədəbiyyatşünas, publisist, tərcüməçi Elmira Axundovanın doğum günüdür.
   27 may 1956 - Böyük şair, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğun (1906-1956) vəfat edib.
   27 may 1992 - Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Dövlət himni kimi təsdiq edilib. Azərbaycanın himninin hazırlanması haqqında qərar hələ 1920-ci ilin yanvarında Xalq Cümhuriyyəti tərəfindən qəbul edilsə də, 1920-ci il 28 aprel işğalı onun icrasına imkan verməmişdi.
   27 may 2008 - Tanınmış televiziya mütəxəssisi, Əməkdar incəsənət xadimi Elşad Quliyev (1941-2008) vəfat edib. 1983-1990-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri işləyib. 1990-2008-ci illərdə "Bilik" maarifçilik cəmiyyətinin sədri olub.
   
   Dünya
   
   26 may 1878 - Məşhur amerikalı balerina, baletdə modern rəqsin banilərindən biri Aysedora Dunkan (Isadora Duncan, 1878-1927) anadan olub.
   26 may 1894 - Macar əsilli Amerika aktyoru Pol Lukas (Paul Lukas, 1894-1971) anadan olub.
   26 may 1900 - Çex şairi, bəstəkarı və rəssamı Vitezlav Nezvalın (Vitezslav Nezval, 1900-1958) doğum günüdür.
   26 may 1904 - Görkəmli türk şairi və mütəfəkkiri Nəcib Fazil Qısakürək (1904-1983) anadan olub.
   26 may 1908 - Rus dramaturqu və yazıçısı Aleksey Nikolayeviç Arbuzov (1908-1986) anadan olub.
   26 may 1929 - Fransız aktyoru və rejissoru Fransua Leterye (Francois Leterrier) anadan olub.
   26 may 1969 - Rusiyanın tanınmış estrada müğənnisi Anjelika Varum (əsl adı Mariya Varum) anadan olub.
   27 may 1840 - Məşhur italyan bəstəkarı və skpirkaçısı Nikkollo Paqanini (1782-1840) vəfat edib.
   27 may 1888 - Fransız bəstəkarı Lui Dürey (1888-1979) anadan olub.
   27 may 1922 - Məşhur Amerika kinoaktyoru Kristofer Li anadan olub.
   27 may 1956 - İtaliya rejissoru, «Oskar» mükafatı laureatı Güzeppe Tornatore anadan olub.