Azərbaycan
   
   16 iyun 1888 - Xalq artisti, aktyor Hacağa Abbasovun doğum günüdür.
   16 iyun 1939 - Şair, ədəbiyyatşünas, filosof, ictimai xadim Rəfiq Zəka Xəndan (1939-1999) anadan olub.
   17 iyun 1926 - Xalq rəssamı Elbəy Rzaquliyev (1926-15.09.2007) anadan olub. Rəssam bir sıra filmlərə bədii tərtibat verib, əsərləri dünyanın onlarla ölkəsində sərgilənib.
   18 iyun 1917 - Xalq artisti, tanınmış bəstəkar Cövdət Hacıyev (1917-1994) anadan olub. Xalq musiqisi elementlərinin də yer aldığı simfoniyaların müəllifidir.
   18 iyun 2001 - Prezident Heydər Əliyev "Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən etibarən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib, respublikanın bütün idarələrində rəsmi yazışmalar yalnız latın qrafikasında aparılmağa başlanıb.
   19 iyun 1900 - Xalq artisti Möhsün Sənani (1900-1981) anadan olub.
   20 iyun 1898 - Xalq artisti, aktyor Əli Qurbanovun (1898-1962) doğum günüdür.
   20 iyun 1921 - Görkəmli bəstəkar Cahangir Cahangirov (1921-1992) anadan olub.
   21 iyun 1794 - Tarixçi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov (1794-1847) anadan olub. 1820-1830-cu illərdə çar Rusiyasının ordusunda qulluq edib, Türkmənçay müqaviləsinin (1828) imzalanmasında tərcüməçi kimi iştirak edib. «Gülüstani-İrəm» əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb.
   22 iyun 1802 - Görkəmli şərqşünas alim, maarifçi Mirzə Kazımbəy (1802-1870) anadan olub. Peterburq Universitetini bitirib, 1839-cu ildə «Türk-tatar dilinin qrammatikası» dərsliyini çap etdirib. 1853-cü ildə Peterburq Universitetində Şərqşünaslıq fakültəsi açılıb və M.Kazımbəy onun ilk dekanı təyin edilib. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.
   22 iyun 1897 - Azərbaycan klassik vokal məktəbinin banisi, görkəmli müğənni Bülbül (Murtuza Məmmədov, 1897-26.09.1961,) Şuşada anadan olub. Əsrarəngiz səsinə görə kiçik yaşlarından ona «Bülbül» adı verilib. Xalq mahnılarının, operaların baş partiyalarının unudulmaz ifaçısı olub.
   
   Dünya
   
   16 iyun 1313 - İntibah dövrünün görkəmli italyan yazıçısı, məşhur «Dekameron» əsərinin müəllifi Covanni Bokkaçço (Giovanni Boccaccio, 1313-1375) anadan olub.
   16 iyun 1754 - Başqırd şairi Salavat Yulayev (1754-1800) anadan olub.
   16 iyun 1937 - Amerika yazıçısı, ssenarist və dramaturq Erik Siqal (Erich Segal) anadan olub.
   16 iyun 1950 - Məşhur hind kinoaktyoru Mithun Çakrobortinin (Mithun Chakraborty) doğum günüdür.
   17 iyun 1818 - Fransız bəstəkarı, dirijor və pedaqoq Şarl Quno (Charles François Gounod, 1818-1893) anadan olub.
   17 iyun 1882 - Rus bəstəkarı İqor Stravinski (1882-1971) anadan olub.
   17 iyun 1939 - Polşa kinorejissoru Kşiştof Zanussi (Krzysztof Zanussi) anadan olub.
   18 iyun 1812 - Rus yazıçısı İvan Aleksandroviç Qonçarov (1812-1891) anadan olub.
   18 iyun 1929 - Müasir dünya fəlsəfəsinin görkəmli nümayəndəsi, alman sosioloqu Yurgen Habermas (Jürgen Habermas) anadan olub.
   18 iyun 1935 - Rus aktyoru, SSRİ-nin Xalq artisti Yuri Solomin anadan olub.
   18 iyun 1936 - Böyük rus yazıçısı və dramaturqu Maksim Qorki (28.03. 1868-1936) vəfat edib.
   18 iyun 1942 - İngilis müğənnisi və bəstəkarı, əfsanəvi «Bitlz» qrupunun üzvü Pol Makkartninin (James Paul McCartney) doğum günüdür.
   19 iyun 1920 - Fransız kinorejissoru İv Robber (Yves Robert, 1920-2002) anadan olub.
   19 iyun 1924 - Belarus yazıçısı Vasil Bıkov (1924-2003) anadan olub.
   20 iyun 1819 - Fransız bəstəkarı Jak Offenbax (Jacques Offenbach, 1819-1880) anadan olub.
   20 iyun 1932 - Rus şairi Robert Rojdestvenski (1932-1994) anadan olub.
   20 iyun 1967 - Məşhur Avstraliya kinoaktrisası Nikol Kidmanın doğum günüdür.
   21 iyun 1905 - Fransız yazıçı-dramaturqu, görkəmli filosof Jan-Pol Sartr (Jean-Paul Sartre, 1905-1980) anadan olub.
   21 iyun 1910 - Rus-sovet şairi Aleksandr Tvardovski (1910-1971) anadan olub.
   21 iyun 1935 - Fransız yazıçısı Fransuaza Saqan (Françoise Sagan, 1935-2004) anadan olub.
   22 iyun 1887 - İngilis filosofu, UNESCO-nun ilk baş direktoru Culian Haksli (Julian Sorell Huxley, 1887-1975) anadan olub.
   22 iyun 1898 - Alman yazıçısı Erix Mariya Remark (Erich Maria Remarque, 1898-1970) anadan olub.
   22 iyun 1906 - Amerika kinorejissoru, 4 dəfə «Oskar» mükafatının laureatı Billi Uaylder (Billy Wilder, 1906-2002) anadan olub.
   22 iyun 1947 - Tanınmış rus kinoaktrisası Natalya Varley («Qafqaz əsiri» filmində Nina) anadan olub.
   22 iyun 1949 - Amerika aktrisası, 10 dəfə «Oskar» mükafatının laureatı Meril Strip (Mary Louise "Meryl" Streep) anadan olub.