Azərbaycan
   
   20 avqust 1901 - Məşhur xanəndə, böyük muğam ustadı, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Cavanşirov, 1901-1979) Şuşada anadan olub.
   20 avqust 1912 - Görkəmli dirijor və bəstəkar Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə,1912-2.8.1984) doğum günüdür.
   20 avqust 1929 - Azərbaycanda diktorluq məktəbinin banilərindən biri Aydın Qaradağlı (1929-1980) anadan olub.
   20 avqust 1945 - Nasir, publisist Fazil Famil oğlu Abbasov anadan olub.
   
   21 avqust 1930 - Ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyev anadan olub. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunub.
   
   22 avqust 1975- Azərbaycanın Milli Qəhrəmanı Elnur Eyvaz oğlu Nuriyevin (22.8.1975 - 5.10.1994) doğum günüdür.
   23 avqust 1943 - Görkəmli aktyor, Xalq artisti Şahmar Ələkbərov (1943-1992) Gəncədə anadan olub. Azərbaycan kinosunda unudulmaz obrazlar yaradıb, bir neçə filmə quruluş verib.
   23 avqust 1955 - Tanınmış jurnalist, publisist, şairə Flora Xəlilzadənin doğum günüdür.
   23 avqust 1990 - Məşhur saz-söz ustası Aşıq Əkbər (Əkbər Zərbalı oğlu Cəfərov, 1933-1990) vəfat edib.
   
   Dünya
   
   20 avqust 1847 - Məşhur polyak yazıçısı Boleslav Prus (əsl adı Aleksandr Qlovaski, 1847-1912) anadan olub.
   20 avqust 1901 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1959) laureatı Salvatore Kvazimodo (1901-1968) anadan olub.
   20 avqust 1905 - Tanınmış yapon kinorejissoru Mikio Naruse (1905-1969) anadan olub.
   20 avqust 1932 - Rus yazıçısı Vasili Aksenov (1932-2009) anadan olub.
   20 avqust 1937 - Rus kinorejissoru və ssenaristi Andron Konçalovskinin doğum günüdür.
   20 avqust 1980 - Məşhur fransız müğənnisi və bəstəkarı Co Dassen (əsl adı Cozef Ayra Dassen, 5.11.1938-1980) vəfat edib.
   
   21 avqust 1913 - Rus yazıçısı və dramaturqu Viktor Rozov (1913-2004) anadan olub.
   21 avqust 1956 - Amerika aktrisası Kim Ketroll (Kim Victoria Cattrall) anadan olub.
   21 avqust 1967 - Kanada aktrisası Kerri-Enn Moss (Moss, Carrie-Anne Moss) anadan olub.
   21 avqust 1997 - Görkəmli rus aktyoru, məşhur sirk ustası, kloun Yuri Nikulin (18.12.1921-1997) vəfat edib.
   
   22 avqust 1862 - Fransız bəstəkarı Klod Debüssi (Achille-Claude Debussy, 1862-1918) anadan olub.
   22 avqust 1920 - Dünya şöhrətli amerikalı fantast-yazıçı Rey Bredberinin doğum günüdür.
   22 avqust 1999 - Rus-sovet aktyoru, məşhur komediya filmlərinin qəhrəmanı («Qafqaz əsiri», «I əməliyyatı», 1937-1999) Aleksandr Demyanenko vəfat edib.
   
   23 avqust 1880 - Görkəmli rus yazıçısı Aleksandr Qrin (əsl adı Aleksandr Qrinevski, 1880-1932) anadan olub.
   23 avqust 1912 - Amerika aktyoru, müğənnisi və kinorejissoru, «Oskar» laureatı Cin Kelli anadan olub.
   23 avqust 1964 - Rus estrada müğənnisi Alyona Apina anadan olub.
   
   24 avqust 1899 - Argentina yazıçısı və şairi Xorxe Luis Borxes (1899-1986) anadan olub.
   24 avqust 1903 - İngilis rəssamı və dizayneri Qrehem Vivian Sazerlend (Graham Vivian Sutherland, 1903-1980) anadan olub.
   24 avqust 1948 - Fransız musiqiçisi və bəstəkarı, elektron musiqinin ilk pionerlərindən biri Jan-Mişel Jarr anadan olub.
   24 avqust 1957 - Məşhur ingilis komediya aktyoru, rejissoru, teleaparıcı və yazıçı Stiven Fray (Stephen John Fry) anadan olub.