Azərbaycan
   
   25 avqust 1921 - Yazıçı-dramaturq Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov, 1921-18.1.1983) Xızıda doğulub. Uzun müddət “Kirpi” jurnalının baş redaktoru olub. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək” və s. pyesləri geniş oxucu və tamaşaçı rəğbəti qazanıb.
   25 avqust 1926 - Xalq rəssamı Xalidə Ələkbər qızı Səfərova Gəncədə anadan olub. Yaradıcılığında natürmort, mənzərə, xalq nağıllarına illüstrasiyalar geniş yer tutur.
   25 avqust 1935 - Xalq şairi Fikrət Qocanın doğum günüdür.
   25 avqust 1945 - Teatrda və televiziya tamaşalarında yaddaqalan obrazlar yaratmış aktrisa, Əməkdar artist Vəfa Nüsrət qızı Fətullayeva (1945-1987) anadan olub.
   26 avqust 1949 - Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Hacı Allahşükür Paşazadə Lənkəranın Cil kəndində anadan olub. Buxara və Daşkənddə dini təhsil alıb. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib, Şeyxülislam dərəcəsinə yüksəlib. 1992-ci ildə Qafqaz xalqlarının Ali Dini Şurasının sədri seçilib.
   26 avqust 1964 - Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva anadan olub. 2004-cü ildən UNESCO-nun, 2006-cı ildən İSESCO-nun (İslam Konfransı Təşkilatının elm, təhsil və mədəniyyət üzrə qurumu) xoşməramlı səfiridir. 2005-ci ildə Milli Məclisin deputatı seçilib. Azərbaycan Gimnastika Federasiyasına, Azərbaycan Mədəniyyətinin Dostları Fonduna rəhbərlik edir.
   
   Dünya
   
   25 avqust 1724 - İngilis rəssamı Corc Stabbs (George Stubbs, 1724-1806) anadan olub.
   25 avqust 1891 - İtalyan yazıçısı, rəssam və bəstəkar Alberto Savinyo (Alberto Savinio, 1891-1952) anadan olub.
   25 avqust 1900 - Görkəmli alman filosofu Fridrix Nitsşe (1844-1900) vəfat edib.
   25 avqust 1918 - Amerika bəstəkarı və dirijoru Leonard Bernstaynın (1918-1990) doğum günüdür.
   25 avqust 1930 - Məşhur gürcü rejissoru («Mimino», «Payız marafonu»), SSRİ-nin Xalq artisti Georgi Daneliya anadan olub.
   25 avqust 1930 - Şotland əsilli Amerika aktyoru, «Oskar» laureatı Şon Konneri (Thomas Sean Connery) anadan olub.
   25 avqust 1938 - İngilis yazıçısı Frederik Forsayt anadan olub.
   25 avqust 1939 - Amerika kinorejissoru («Drakula») Con Bedem (John Badham) anadan olub.
   25 avqust 1958 - Amerika kinorejissoru («Betmen») Tim Bertonun doğum günüdür.
   25 avqust 1970 - Dünya şöhrətli alman top-modeli Klaudia Şiffer anadan olub.
   
   26 avqust 1914 - Argentina yazıçısı və şairi Xulio Kortasar (Julio Florencio Cortazar, 1914-1984) anadan olub.
   26 avqust 1941 - Fransız kinorejissoru Barbet Şröder (Barbet Schroeder) anadan olub.
   26 avqust 1947 -Rusiyanın məşhur estrada artisti, aktyor Yan Mayoroviç Arlazorov (1947-2009) anadan olub.
   26 avqust 1989 - Amerika yazıçısı, görkəmli insanlar haqqında avtobioqrafik romanların müəllifi İrvinq Stoun (1913-1989) vəfat edib.