Azərbaycan
   
   17 sentyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üç ay fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda Xalq Cümhuriyyəti hökumətinin milli, dini ayrı-seçkilik etmədən ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.
   18 sentyabr 1885 - Dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Xalq artisti, professor Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (18.09.1885-23.11.1948) anadan olub. Azərbaycanda ilk operanın, ilk musiqili komediyanın (operettanın) müəllifi, Azərbaycan professional musiqisinin banisi, Milli Konservatoriyanın qurucusudur. Böyük bəstəkarın doğum günü Azərbaycanda “Milli musiqi günü” kimi qeyd olunur.
   18 sentyabr 1885 - Görkəmli bəstəkar və dirijor Müslüm (Əbdülmüslüm) Maqomayev (1885-1937) anadan olub. Azərbaycan professional musiqi sənətinin inkişafına mühüm töhfələr verib. «Şah İsmayıl», “Nərgiz” operalarının, 30-dək simfonik və vokal əsərin müəllifidir.
   18 sentyabr 1978 - Görkəmli aktyor, rejissor, Xalq artisti Adil İsgəndərov (5.5.1910-1978) vəfat edib.
   18 sentyabr 1988 - Böyük şair, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar (1905-1988) Tehranda vəfat edib.
   18 sentyabr 1994 - Bakıda maestro Niyazinin xatirə muzeyi açılıb.
   18 sentyabr 2006 - Türkiyənin Antalya şəhərində türk dövlət və toplumlarının X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilib. Qurultayda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.
   20 sentyabr 1907 - Tanınmış riyaziyyatçı, akademik Əşrəf Hüseynov (1907-1980) anadan olub.
   20 sentyabr 1921 - Görkəmli astronom, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının banisi, akademik Hacıbəy Sultanov (1921-2008) anadan olub.
   20 sentyabr 1993 - Əjdər İbrahimov - rejissor, ssenarist (29.4.1919-1993) vəfat edib.
   20 sentyabr 1994 - Bakıda Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının işlənməsinə dair beynəlxalq kontrakt - “Əsrin müqaviləsi” imzalanıb. Azərbaycanın yeni neft strategiyasının əsası qoyulub. Prezident Heydər Əliyevin fərmanı ilə 20 sentyabr Azərbaycanda “Neftçilər günü” kimi qeyd olunur.
   
   21 sentyabr 1493 - Azərbaycan klassik təsviri sənətinin görkəmli nümayəndəsi Nizaməddin Sultan Məhəmməd (1493-1555) anadan olub. Şah İsmayılın, sonra isə onun oğlu şah Təhmasibin zamanında Səfəvi sarayının rəssamı olub, dünya şöhrətli Təbriz miniatür məktəbinin əsasını qoyub.
   21 sentyabr 1938 - Şair, yazıçı Nurəngiz Gün anadan olub.
   21 sentyabr 1959 - Ədəbiyyatşünas alim, professor Nizami Qulu oğlu Cəfərov Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub.
   21 sentyabr Beynəlxalq Sülh günüdür. 1981-ci ildə BMT Baş Assambleyasının qərarı ilə “qlobal atəşkəs və zorakılıqsız gün kimi” təsis edilib.
   
   Dünya
   
   17 sentyabr 1908 - Amerika yazıçısı, detektiv romanlar müəllifi Con Krizi (John Creasey, 1908-1973) anadan olub.
   17 sentyabr 1922 - Berlində dünyada ilk səsli filmin nümayişi keçirilib.
   17 sentyabr 1931 - İtalyan əsilli Amerika kinoaktrisası, “Oskar” laureatı Enn Benkroft (Anne Bancroft - Anna Maria Louisa Italiano) anadan olub.
   17 sentyabr 1939 - Tanınmış rus aktyoru və rejissoru Vladimir Menşov Bakıda anadan olub.
   17 sentyabr 1951 - Amerika kinoaktrisası Kassandra Petersonun (Cassandra Peterson) doğum günüdür.
   
   18 sentyabr 1882 - Rus rəssamı Mixail İvanoviç Avilov (1882-1954) anadan olub.
   18 sentyabr 1905 - Dünya şöhrətli İsveç və Amerika kinoaktrisası, fəxri “Oskar” mükafatının aureatı Qreta Qarbo (Greta Garbo - Greta Lovisa Gustafsson, 1905-1990) anadan olub.
   18 sentyabr 1961 - Fransız yazıçısı Bernard Verber (Bernard Werber) anadan olub.
   
   19 sentyabr 1888 - Belçikanın Spa kurort-şəhərində dünyada ilk gözəllik müsabiqəsi keçirilib. Bu şəhərin şərəfinə gözəllik salonları “spa-salonlar” adlanır.
   19 sentyabr 1888 - Rus yazıçısı, tarixi əsərlər müəllifi Vsevolod İvanovun doğum günüdür.
   19 sentyabr 1911 - İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1983) laureatı Uilyam Cerald Goldinq (William Gerald Golding, 1911-1993) anadan olub.
   19 sentyabr 1948 - İngilis aktyoru, “Oskar” laureatı Ceremi Ayrons (Jeremy John Irons) anadan olub.
   19 sentyabr 1949 - Britaniya kinorejissoru və ssenaristi Salli Potter (Sally Potter) anadan olub.
   20 sentyabr 1878 - Amerika yazıçısı Epton Bill Sinkler (Upton Beall Sinclair, 1878-1968) anadan olub.
   20 sentyabr 1946 - Fransanın Kann şəhərində birinci beynəlxalq kinofestival açılıb. Sonrakı illərdə ənənəvi hal alan festival dünyanın ən nüfuzlu kinomüsabiqələrindən biri oldu.
   20 sentyabr 1899 - Amerika filosofu və kulturoloqu Leo Ştraus (Leo Strauss, 1899-1973) anadan olub.
   20 sentyabr 1934 - Məşhur italyan kinoaktrisası Sofi Loren (Sophia Loren - Sofia Villani Scicolone) anadan olub.
   20 sentyabr 1948 - Amerikalı fantast-yazıçı, ssenarist və prodüser Corc Martin (George Raymond Richard Martin) anadan olub.
   20 sentyabr 1949 - Fransız aktrisası Sabina Azemanın (Sabine Azema) doğum günüdür.
   
   21 sentyabr 1708 - Rus satirik şairi Antiox Dmitriyeviç Kantemir (1708-1744) anadan olub.
   21 sentyabr 1866 - Məşhur ingilis yazıçısı Herbert Uells (Herbert George Wells, 1866-1946) anadan olub.
   21 sentyabr 1911 - Rus-sovet aktyoru və müğənnisi Mark Bernes (1911-1969) anadan olub.
   21 sentyabr 1932 - Rus yazıçısı Vladimir Voynoviçin doğum günüdür.
   21 sentyabr 1947 - Amerika yazıçısı Stiven Kinq (Stephen Edwin King) anadan olub.
   21 sentyabr 1950 - Amerika aktyoru Bill Mürrey (William James Bill Murray) anadan olub.