Azərbaycan
   
   5 noyabr 2001 - Xalq artisti, teatr və kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaratmış Eldəniz Zeynalov (1.1.1937 - 5.11.2001) dünyasını dəyişib.
   
   6 noyabr 1926 - Azərbaycan radiosunun yarandığı gündür. Həmin gün Bakıda ilk radiostansiya fəaliyyətə başlayıb. İlk dövrdə radio verilişlərinin gündəlik efir vaxtı 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı. 1956-cı il fevralın 14-də isə Azərbaycanda ilk televiziya verilişi efirə çıxdı - Bakı televiziya studiyası fəaliyyətə başladı. 6 noyabr Azərbaycan Televiziyası və Radiosu günü kimi qeyd olunur.
   6 noyabr 1974 - Şair-dramaturq, tərcüməçi İslam Əhməd oğlu Səfərli (12.2.1923-1974) vəfat edib.
   
   7 noyabr 1906 - Aktyor, rejissor Məmməd Əlili (1906-2001) anadan olub.
   7 noyabr 1908 - Tanınmış azərbaycanlı şair, alim, pedaqoq Maqsud Şeyxzadə (1908-1967) anadan olub. Bakıda təhsil alıb, sonra Daşkəndə köçüb və Özbəkistanın məşhur ədibi olub, özbək dilində çoxsaylı əsərlər, ssenarilər yazıb, tərcümələr edib.
   7 noyabr 1917 - Görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyev (7.11.1917 - 4.10.2000) anadan olub. Çoxsaylı populyar mahnıların, film və tamaşalara yazılmış musiqi əsərlərinin müəllifidir.
   7 noyabr 1920 - Tanınmış diktor, Xalq artisti Fatma Ağacabar qızı Cabbarovanın(1920-2008) doğum günüdür. Azərbaycan radiosunun ilk diktorlarından olub. Azərbaycan və dünya dramaturqlarının əsərlərini ilk dəfə radioda səsləndirib.
   7 noyabr 1940 - Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu (1940 -6.12.2006) anadan olub.
   7 noyabr 1945 - Xalq artisti Zərnigar Fəti qızı Ağakişiyeva Quba rayonunun Rustov kəndində anadan olub. Teatrda, teletamaşalarda, bir sıra filmlərdə ("Dantenin yubileyi", “Qəm pəncərəsi”, “Təhminə” və s.) maraqlı obrazlar yaradıb.
   7 noyabr 1949 - Abşeron yarımadasının 40 km cənub-şərqində, Xəzərin Azərbaycan sektorundakı «Qara daşlar» adlanan yerdə ilk neft quyusu fontan vurub. Bu hadisə Azərbaycan neft tarixində yeni eranın başlanğıcı olub. «Qara daşlar»ın fəthi 1947-ci ildə məşhur neftçi, geoloq, «Azneftkəşfiyyat»ın rəisi Sabit Orucovun rəhbərliyi ilə başlanmış, 1948-ci ilin noyabrında ilk neft desantı ərazidə məskən salmışdı. Sonralar bu yerdə əfsanəvi dəniz şəhəri - polad dirəklər üzərində (ümumi uzunluğu 300 km olan estakada) Neft Daşları salındı.
   7 noyabr 1990 - Görkəmli rejissor, ssenarist, operator, rəssam Əlisəttar Atakişiyev (25.12.1906 - 1990) vəfat edib. “Bir qalanın sirri”, “Bizim küçə” (quruluşçu rejissor), “Uzaq sahillərdə” (operator) filmlərini, habelə Estoniyanın ilk rəngli filmini çəkib.
   8 noyabr 1967 - Bakı metrosu fəaliyyətə başlayıb. Paytaxtda 5 yeraltı stansiya - «Bakı Soveti» («İçərişəhər»)-«26 Bakı komsissarı»-(«Sahil»)-«28 Aprel» («28 May»)-«Gənclik»-«Nərimanov» xətti istifadəyə verilib. Prezident İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli sərəncamı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü elan edilib.
   
   9 noyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli (göy, qırmızı, yaşıl) bayrağı qəbul edilib. Ölkəmiz müstəqilliyini bərpa edəndən (1991) sonra Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanın Respublikasının dövlət rəmzi kimi qəbul olundu. Prezident İlham Əliyevin 2009-cu il 18 noyabr tarixli sərəncamı ilə 9 noyabr - Azərbaycanın Respublikasının Dövlət bayrağı günü və rəsmi bayram (qeyri-iş günü) elan edilib.
   9 noyabr 1991 - Azərbaycan Respublikasının dövlət müstəqilliyi birinci olaraq Türkiyə tərəfindən tanınıb.
   9 noyabr 1973 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə, 15.5.1899 -1973) vəfat edib. Cənubi Azərbaycanının Sərab şəhərində doğulub. Bir sıra kinofilmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.
   
   Dünya
   
   5 noyabr 1878 - Rus yazıçısı və dramaturqu Mixail Arsıbaşev (1878- 3.3.1927) anadan olub.
   5 noyabr 1913 - Məşhur ingilis aktrisası (“Küləklə sovrulanlar” filmində Skarlett), iki dəfə “Oskar” mükafatı laureatı Vivyen Li (Vivien Leigh - Vivian Mary Hartley, 1913-7.7.1967) anadan olub.
   5 noyabr 1934 - Tanınmış Rusiya və Ukrayna kinorejisoru Kira Muratovanın doğum günüdür.
   5 noyabr 1938 - Dünya şöhrətli fransız (əslən amerikalı yəhudi ailəsindəndir) Co Dassen (Joe Dassin - Joseph Ira Dassin, 1938-20.8.1980) anadan olub.
   5 noyabr 1958 - Amerika kinoaktyoru Robert Patrik (Robert Patrick) anadan olub.
   
   6 noyabr 1814 - Belçikalı musiqi aləti ustası, saksafonun yaradıcısı Adolf Saks (Antoine-Joseph (Adolphe) Sax, 1814-1894) anadan olub.
   6 noyabr 1852 - Rus yazıçısı və dramaturqu Dmitri Mamin-Sibiryakın (1852-1912) doğum günüdür.
   6 noyabr 1931 - Rus əsilli Amerika rejissoru, “Oskar” mükafatı laureatı Mayk Nikols (Mixail İqoreviç Peşkovski) anadan olub.
   6 noyabr 1936 - Tanınmış Moldova kinorejissoru, ssenarist, şair Emil Lotyanu (1936-18.4.2003) anadan olub.
   
   7 noyabr 1598 - İspan rəssamı Fransisko de Surbaran (Francisco de Zurbaran, 1598-1664) anadan olub.
   7 noyabr 1810 - Macar bəstəkarı, pianoçu və dirijor Erkel Ferens (Erkel Ferenc, 1810-1893) anadan olub.
   7 noyabr 1891 - Rus-sovet yazıçısı (“Çapayev” romanı) Dmitri Furmanovun (1891-1926) doğum günüdür.
   7 noyabr 1903 - Məşhur rus aktyoru (uşaq filmlərində “küpəgirən qarı” rolu) Georgi Milyar (1903-1993) anadan olub.
   7 noyabr 1913 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1957) laureatı Alber Kamyu (Albert Camus, 1913 - 4.1.1960) anadan olub.
   7 noyabr 1711 - Görkəmli rus alimi, şair, tarixçi, rəssam Mixail Vasilyeviç Lomonosov (1711-1765) anadan olub.
   
   8 noyabr 1900 - Amerika yazıçısı (“Küləklə sovrulanlar” romanı) Marqaret Mitçell (Margaret Munnerlyn Mitchell, 1900-1949) anadan olub.
   8 noyabr 1929 - Rus-sovet aktyoru və kinorejissoru Oleq Borisovun doğum günüdür.
   8 noyabr 1935 - Dünya şöhrətli fransız kinoaktyoru və rejissoru Alen Delon (Alain Fabien Maurice Marcel Delon) anadan olub.
   8 noyabr 1955 - Amerika yazıçısı, fantastika və mistika janrında əsərlər müəllifi Cefri Ford (Jeffrey Ford) anadan olub.
   8 noyabr 1960 - Məşhur rus aktyoru və teatr rejissoru Oleq Menşikovun doğum günüdür.
   8 noyabr 1961 - Şən və Hazırcavablar Klubunun (rusca “KVN”) yarandığı gündür. Həmin gün SSRİ-nin mərkəzi (Moskva) televiziyasında Şən və Hazırcavablar Klubu verilişinin ilk buraxılışı efirə çıxıb. 2001-ci ildən beynəlxalq “KVN günü” kimi qeyd olunur.
   
   9 noyabr 1832 - Fransız yazıçısı, detektiv janrın banilərindən biri Emil Qabrio (Emile Gaboriau, 1832-1873) anadan olub.
   9 noyabr 1885 - Rus şair və nasiri Velimor (Viktor Vladimiroviç) Xlebnikovun (1885-1922) doğum günüdür.
   9 noyabr 1929 - Görkəmli rus-sovet bəstəkarı, çoxsaylı populyar mahnıların müəllifi, SSRİ-nin Xalq artisti Aleksandra Nikolayevna Paxmutova anadan olub.
   9 noyabr 1929 - Rus-sovet kinorejissoru, aktyor, ssenarist Yuri Stepanoviç Cyulkin (1929-1987) anadan olub.
   9 noyabr 1991 - Əslən İtaliya yəhudisi olan məşhur Fransa aktyoru və müğənnisi İv Montan (əsl adı İvo Livi ) - (Yves Montand - Ivo Livi, 13.10.1921 - 1991) vəfat edib.

    Hazırladı: Vüqar Orxan