Azərbaycan
   
   14 yanvar 1911 - Tanınmış riyaziyyatçı alim Zahid İsmayıl oğlu Xəlilov (1911-1974) Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi rayonu) Saraçlı kəndində anadan olub. 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru adını alıb. Azərbaycan EA-nın prezidenti (1962-1967) olub.
   14 yanvar 1923 - Görkəmli teatr rejissoru Tofiq Səməd Mənsur oğlu Kazımov (1923-2.8.1980) Bakıda anadan olub. Uzun müddət Dövlət Akademik Milli Dram Teatrında baş rejissor işləyib. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması T.Kazımovun adı ilə bağlıdır.
   14 yanvar 1992 - Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanıb. Bu, Azərbaycanın xarici ölkə ilə imzaladığı ilk diplomatik sənəd idi. 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə olmuşdu.
   14 yanvar 1999 - Xalq artisti, teatr və kino aktrisası Barat Həbib qızı Şəkinskaya (28.6.1914, Şuşa - 1999) vəfat edib. “Görüş”, “O olmasın, bu olsun”, “Telefonçu qız”, “Onun bəlalı sevgisi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   15 yanvar 1906 - Sankt-Peterburqda Ümumrusiya müsəlmanlarının II qurultayı (15-23 yanvar) işə başlayıb.
   15 yanvar 1914 - Yazıçı Ənvər Yusif oğlu Qasımov (1914-1989) anadan olub.
   15 yanvar 1940 - Əməkdar incəsənət xadimi, tanınmış kino tarixçisi Aydın Kazımzadə anadan olub.
   15 yanvar 1950 - Aktrisa, Xalq artisti Nuriyyə Əliağa qızı Əhmədova Bakıda doğulub. “Özgə ömür”, “Sahilsiz gecə”, “Bəxt üzüyü”, “Həm ziyarət, həm ticarət” və s. flimlərdə çəkilib.
   15 yanvar 1959 - Azərbaycanın Milli Qəhrəmanı Əliyev Vasili Əhməd oğlunun (1959-19.10.1992) doğum günüdür.
   15 yanvar 1965 - Əməkdar artist Sevinc Əliyeva Bakıda anadan olub. Teatr və televiziya tamaşalarında müxtəlif rollar oynayıb, «Qara «Volqa»» filminə çəkilib.
   
   16 yanvar 1905 - Məşhur neft milyonçusu Şəmsi Əsədullayevin qızı, yazıçı Üm-əl Banin (Ümbülbanu Şəmsi qızı Əsədullayeva, 1905-1994) anadan olub. Azərbaycanın sovetləşməsindən sonra ailəsi ilə Fransaya mühacirət edib, fransız dilində əsərlər yazıb.
   16 yanvar 1939 - Şair Vaqif Nəsib (Vaqif Hüseyn oğlu Nəsibov) Qazaxda anadan olub.
   16 yanvar 1969 - Azərbaycanın Milli Qəhrəmanı Abdullayev Rövşən Əbdülhüseyn oğlunun (1969-13.9.1992) doğum günüdür.
   16 yanvar 1944 - Tanınmış ədəbiyyatşünas, türkoloq alim, ictimai xadim Aydın Mirsaleh oğlu Məmmədov (1944-20.4.1991) Şəki rayonunun Kiş kəndində anadan olub. Ali Sovetin deputatı olub. 1991-ci il aprelin 20-də deputat həmkarı, alim Dilarə Əliyeva ilə birlikdə Qax rayonu ərazisində avtomobil qəzasında həlak olub.
   17 yanvar 1921 - Azərbaycan Dövlət Dram Teatrının təntənəli açılış gecəsi keçirilib. Gecədə Azərbaycan SSR xalq maarif komissarı Dadaş Bünyadzadə və teatr binasının (indiki Musiqili Komediya Teatrı) keçmiş sahibi Hacı Zeynalabdin Tağıyev iştirak edib.
   17 yanvar 1926 - Tanınmış şairə Mədinə Gülgün (Mədinə Nurulla qızı Ələkbərzadə, 1926- 17.2.1991) Bakıda anadan olub. 1938-ci ildə ailəsi ilə Cənubi Azərbaycana köçüb, orada milli azadlıq hərəkatının (1941-1946) fəal iştirakçısı olub. 1947-ci ildə Bakıya gəlib. "Təbrizin baharı", "Təbriz qızı", "Xatirələrimin nəğməsi", "Dünyamızın sabahı" və s. şer və poema kitablarının müəllifidir.
   17 yanvar 1940 - Tənqidçi, ədəbiyyatşünas Kamil Hətəm oğlu Quliyev anadan olub.
   17 yanvar 1992 - Ali Sovetin Milli Şurası 20 Yanvarın “Şəhidlər günü” elan olunması haqqında" qanun qəbul edib.
   
   18 yanvar 1903 - Tanınmış pedaqoq, alim və maarifçi Mehdi Mehdizadə (1903-1984) Cəbrayıl rayonunda anadan olub. SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olub, uzun illər Azərbaycanın Təhsil (Maarif) Nazirliyinə rəhbərlik edib.
   18 yanvar 1915 - Rəqqas, Əməkdar artist Əlibaba Əli oğlu Abdullayev anadan olub. “O olmasın, bu olsun”, “Əhməd haradadır?” və s. filmlərdə baletmeyster, rəqslərin quruluşçusu olub.
   18 yanvar 1925 -Tarixçi alim, pedaqoq Qasım Səfər oğlu Qasımov (1925 - 2.11.1991) anadan olub.
   18 yanvar 1941 - Kinorejissor, respublikanın Xalq artisti Eldar Quliyevin doğum günüdür. “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Nizami” və s. filmlərə quruluş verib.
   18 yanvar 1947 - Xalq artisti, tanınmış rəqqasə, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Afaq Süleyman qızı Məlikova anadan olub.
   18 yanvar 1983 - Yazıçı-dramaturq, publisist Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov, 27.8.1921 - 1983) vəfat edib. “Kirpi” jurnalının baş redaktoru olub. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək” və s. pyeslərin müəllifidir.
   18 yanvar 1990 - Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi erməni silahlı qüvvələri tərəfindən işğal olunub. 1920-ci illərdə Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi nəticəsində Kərki kəndi Ermənistan ərazisində anklav vəziyyətində idi.
   
   Dünya
   
   14 yanvar 1818 - Görkəmli fin yazıçısı və şairi Zaxarias Topelius (1818-1898) anadan olub.
   14 yanvar 1827 - Məşhur rus etnoqraf və coğrafiyaşünası, incəsənət tarixçisi Pyotr Semyonov Tyan-Şanski (1827-1914) anadan olub.
   14 yanvar 1895 - Başqırd klassik ədəbiyyatının banilərindən biri, şair Şeyxzadə Məhəmmədzakiroviç Babiç (1895-1919) anadan olub.
   14 yanvar 1896 - Portuqal mənşəli Amerika yazıçısı Con Dos Passos (John Roderigo Dos Passos, 1896-1970) anadan olub.
   14 yanvar 1911 - Rus yazıçısı, “Arbat uşaqları”, “Kortik” romanlarının müəllifi Anatoli Naumoviç Rıbakov (1911-1998) anadan olub.
   14 yanvar 1963 - Populyar rus aktrisası Anna Samoxinanın (1963-8.2.2010) doğum günüdür.
   
   15 yanvar 1622 - Görkəmli fransız dramaturqu, Avropa ədəbiyyatında klassik komediya janrının banisi Jan-Batist Molyer (Jean Baptiste Poquelin, dit Moliere, 1622-17.2.1673) anadan olub.
   15 yanvar 1795 - Rus şairi, yazışı-dramaturq (“Ağıldan bəla” komediyası), diplomat Aleksandr Sergeyeviç Qriboyedov (1795-11.2.1829) anadan olub. Azərbaycanın Rusiya və İran tərəfindən bölüşdürülməsinə dair Türkmənçay müqaviləsindən sonra (1828) Tehranda Rusiyanın səfiri olub, orada qətlə yetirilib.
   15 yanvar 1850 - Rumın ədəbiyyatının klassiki, şair Mixay Eminesku (Mihai Eminescu, 1850-15.6.1889) anadan olub.
   15 yanvar 1850 - Məşhur rus riyaziyyatçısı, yazıçı və publisist Sofya Kovalevskayanın (1850-1891) doğum günüdür.
   15 yanvar 1870 - Ukrayna yazıçısı, şərqşünas, akademik Aqafangel Yefimoviç Krımski (1871-1942) anadan olub.
   15 yanvar 1872 - Osetin ədəbiyyatının banilərindən biri, yazıçı, tərcüməçi Arsen Borisoviç Kosoyev (1872-1944) anadan olub.
   15 yanvar 1891 - Görkəmli rus (yəhudi əsilli) şairi, ədəbiyyatşünas Osip (İosif) Maddelştam) anadan olub.
   15 yanvar 1917 - SSRİ Xalq artisti, aktyor Yevgeni Lebedev (1917-9.6.1997) anadan olub. R.Ocaqovun “İstintaq” filmində (Muradın kamera yoldaşı) çəkilib.
   
   15 yanvar 1945 - Rus bəstəkarı Maksim İssakoviç Dunayevski anadan olub.
   
   16 yanvar 1675 - Məşhur fransız memuar yazıçısı Lui de Ruvrua Sen Simon (Louis de Rouvroy, duc de Saint-Simon, 1675-1775) anadan olub.
   16 yanvar 1749 - İtaliya şairi və dramaturqu, italyan dramaturgiyasının (faciə) banilərindən biri Vittorio Alfieri (1749-1803) anadan olub.
   16 yanvar 1867 - Rus yazıçısı, şair və tərcüməçi Vikenti Vikentyeviç Veresayev (Smidoviç, 1867-1945) anadan olub.
   16 yanvar 1934 - Məşhur rus aktyoru, SSRİ Xalq artisti Vasili Lanovoy anadan olub.
   16 yanvar 1948 - Amerika kinorejissoru, ssenarist, aktyor və kino bəstəkarı Con Karpenter (John Carpenter) anadan olub.
   16 yanvar 1973 - Amerika aktrisası Cozi Devisin (Josie Davis) doğum günüdür.
   16 yanvar 1974 - Məşhur Britaniya aktrisası və fotomodeli Keyt Moss (Kate Moss - Katherine Ann Moss) anadan olub.
   
   17 yanvar 1706 - Görkəmli Amerika maarifçisi, filosof, ABŞ-ın qurucularından, ölkə Konstitusiyasının müəlliflərindən biri Bencamin Franklin (Benjamin Franklin, 1706-1790) Bostonda doğulub. Amerikada ilk kütləvi kitabxananın yaradıcısıdır.
   17 yanvar 1835 - Litva şairi Antanas Barnauskas (1835-1902) anadan olub.
   17 yanvar 1863 - Görkəmli rus teatrşünası, rejissor, pedaqoq Konstantin Sergeyeviç Stanislavski (Alekseyev, 1863-1938) anadan olub.
   17 yanvar 1902 - Rus-sovet kinorejissoru Leonid Zaxaroviç Trauberq (1902-1990) anadan olub.
   17 yanvar 1933 - İtalyan əsilli Fransa müğənnisi Dalida (İolanda Kristina Cilotti - Yolanda Christina Gigliotti, 1933-1987) Misirdə anadan olub. Fransız və ərəb dilində populyar mahnılar oxuyub.
   17 yanvar 1960 - Məşhur rus bəstəkarı və estrada müğənnisi İqor Yuryeviç Nikolayevin doğum günüdür.
   17 yanvar 1962 - Amerika və Kanada aktyoru, ssenarist, prodüser Cim Kerri (James Eugene «Jim» Carrey) anadan olub.
   
   18 yanvar 1689 - Fransız filosofu Şarl Lui de Monteskye (Charles-Louis de Secondat, Baron de La Brede et de Montesquieu, 1689-1755) anadan olub.
   18 yanvar 1841 - Fransız bəstəkarı Emmanuel Şabrie (Alexis-Emmanuel Chabrier, 1841-1894) anadan olub.
   18 yanvar 1882 - İngilis yazıçısı, uşaqlar üçün məşhur “Vinni Pux” əsərinin müəllifi Alan Aleksandr Miln (Alan Alexander Milne, 1882-1956) anadan olub.
   18 yanvar 1893 - Məşhur Rusiya və Latviya bəstəkarı, populyar tanqo melodiyalarının müəllifi Oskar Davıdoviç Strok (1893-1975) anadan olub.
   18 yanvar 1904 - İngilis-amerikan aktyoru Keri Qrant (Cary Grant - Archibald Alexander Leach, 1904-1986) anadan olub.
   18 yanvar 1914 - Rus əsilli Fransa rəssamı Nikola de Stal (Nicolas de Stael, 1914-1955) anadan olub.
   18 yanvar 1925 - Fransız postmodernist filosofu Jil Delez (Gilles Deleuze, 1925-1995) anadan olub.
   18 yanvar 1947 - Yapon kinorejissoru, aktyor, ssenarist, şair Takesi Kitano anadan olub.
   18 yanvar 1955 - Məşhur Amerika aktyoru, rejissor və prodüser Kevin Kostnerin (Kevin Michael Costner) doğum günüdür.
   
   18 yanvar 1962 - Gürcüstan və Rusiyanın Xalq artisti, məşhur müğənni Tamara Qverdsiteli anadan olub.
   
      
   Hazırladı: Vüqar Orxan