Azərbaycan
   
   19 avqust 1901 - Görkəmli aktyor, rejissor, teatr xadimi, Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə (1901 - 11.11.1951) anadan olub. Opera və Balet Teatrında "Koroğlu", "Arşın mal alan" tamaşalarını səhnələşdirib. İlk milli baletimiz olan "Qız qalası"nın (Əfrasiyab Bədəlbəyli) librettosunu yazıb. "Qız qalası", "Almaz", "Altıncı duyğu" filmlərində çəkilib.
   19 avqust 1912 - Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (1912 - 13.7.2001) Qazax rayonunun Musaköy kəndində anadan olub. Uşaq və gənclər üçün yazdığı şeirlərlə məşhurlaşıb. "Məhəbbət", "Əlcəzairli qız", "Partizan Aliyə", "Ana ürəyi", "Məhəbbətin göz yaşları" poemalarının, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və s. kitabların müəllifidir. Nizaminin, Nəvainin (fars dilindən), eləcə də rus şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib. «İstiqlal» ordeni ilə təltif edilib.
   19 avqust 1920 - Əməkdar incəsənət xadimi, musiqişünas, pedaqoq Lyudmila Karagiçeva-Bretanitskaya anadan olub. Qara Qarayev, Fikrət Əmirov və digər Azərbaycan bəstəkarlarının yaradıcılığına dair elmi-tədqiqat əsərlərinin müəllifidir.
   
   20 avqust 1901 - Məşhur xanəndə, böyük muğam ustadı, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901 - 18.3.1979) Şuşada doğulub. Geniş diapozonlu, gur və məlahətli səsi ilə şöhrət qazanıb. Muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, "Şuşanın dağları", "Məndən gen gəzmə", "Ay gözəl" və s. mahnı və təsnifləri bəstələyib.
   20 avqust 1912 - Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə,1912 - 2.8.1984) anadan olub. "Xosrov və Şirin" operası, "Çitra" baleti, "Zaqatala süitası", "Qaytağı", "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik müğamının müəllifidir.
   20 avqust 1929 - Azərbaycanda diktorluq məktəbinin banilərindən biri Aydın Çingiz oğlu Qaradağlı (1929 - 28.1.1980) anadan olub. 1946-cı ildən radioda çalışıb. 1970-ci ildən Dövlət Teleradio Verilişləri Komitəsi Proqram Baş redaksiyasının Baş redaktoru işləyib. Diktorlar arasında ilk dəfə Əməkdar artist adına layiq görülüb.
   20 avqust 1945 - Yazıçı-jurnalist Fazil Famil oğlu Abbasov (Güney) anadan olub. “Qara qan” romanı və s. nəsr əsərlərinin müəllifidir.
   
   21 avqust 1930 - Ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyev Ağdaş rayonunda anadan olub. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunub.
   
   22 avqust 1921 - Xalq artisti, musiqişünas, professor Adilə Məmmədova anadan olub. Bülbülün həyat və yaradıcılığı haqqında kitab və məqalələrin müəllifidir.
   
   Dünya
   
   19 avqust 1689 - İngilis yazıçısı, sentimentalizm cərəyanının banilərindən biri Semuel Riçardson (Samuel Richardson, 1689-1761) anadan olub. “Pamela”, “Klarissa”, “Çarlz Qrandison” epistolyar romanlarının müəllifidir.
   19 avqust 1780 - Fransız şairi Pyer Jan de Beranje (Pierre-Jean de Beranger, 1780-1857) anadan olub.
   19 avqust 1883 - Məşhur fransız modelyeri Qabriel (Koko) Şanel (Gabrielle Bonheur Chanel, 1883-1971) anadan olub.
   19 avqust 1909 - Tanınmış polyak yazıçısı, dissident Yeji Andjeyevski (1909-1983) anadan olub. Əsərləri: “Cənnətin qapıları”, “Qaranlıq yeri örtür”, “Kül və almaz” (həmçinin eyniadlı filmin ssenari müəllifi).
   
   19 avqust 1915 - Görkəmli türk şairi, jurnalist, pedaqoq Tofiq Fikrət (24.12.1867, İstanbul - 1915) vəfat edib.
   19 avqust 1936 - Məşhur ispan şairi və dramaturqu Federiko Qarsia Lorka (1898-1936) vəfat edib. Pyesləri: “Publika”, “Beş il keçəndən sonra”, “Qanlı toy”, “Bernarda Albanın evi”.
   19 avqust 1951 - Tanınmış rus aktyoru Vladimir Konkin anadan olub. Filmləri: “Polad necə bərkidi” (Pavel Korçaqin), “Görüş yerini dəyişmək olmaz” (Şarapov).
   
   20 avqust 1827 - Fransız əsilli Belçika yazıçısı Şarl Teodor Anri de Koster (Charles-Theodore-Henri De Coster, 1827-1849) anadan olub. “Til Ulenşpigel” romanının müəllifidir.
   20 avqust 1847 - Məşhur polyak yazıçısı Boleslav Prus (əsl adı Aleksandr Qlovaski, 1847-1912) anadan olub. Əsərləri: “Forpost”, “Kukla”, “Firon” romanları və s.
   20 avqust 1901 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1959) laureatı Salvatore Kvazimodo (1901-1968) anadan olub. “Həyat yuxu deyil”, “Qənirsiz yer” kitablarının müəllifidir.
   20 avqust 1905 - Tanınmış yapon kinorejissoru Mikio Naruse (1905-1969) anadan olub. Filmləri: “Ana”, “Üzən buludlar” və s.
   20 avqust 1932 - Rus yazıçısı Vasili Aksyonov (1932-2009) anadan olub. 1980-2004-cü ildə Amerikada mühacirətdə yaşayıb. Əsərləri: “Moskva saqası” trilogiyası, “Yanıq”, “Krım adası” romanları, “Mərakeşdən portağallar”, “Mənim babam heykəldir” povestləri və s.
   20 avqust 1937 - Məşhur rus kinorejissoru və ssenaristi Andrey Mixalkov-Konçalovski anadan olub. 80-ci illərdən Amerikada yaşayıb. Filmləri: “Asya Klyaçinanın əhvalatı”, “Sibiriada”, “Mariyanın sevgililəri”, “Tanqo və Keş” (ABŞ) və s.
   21 avqust 1871 - Rus yazıçısı Leonid Andreyev (1871-1919) anadan olub. Rus ədəbiyyatında ekspressionizmin banisi sayılır. Əsərləri: “İuda İskariot və başqaları” (roman), “Savva”, “Bizim həyatın günləri” (pyes) və s.
   21 avqust 1913 - Rus yazıçısı və dramaturqu Viktor Rozov (1913-2004) anadan olub. Dramaturqun “Ədəbi yaşayanlar” pyesi əsasında çəkilmiş “Durnalar uçur” ekran əsəri Kann kinofestivalının qalibi olmuş (1958) yeganə sovet filmidir.
   21 avqust 1925 - Fransız kinorejissoru Moris Piala (Maurice Pialat; 1925-2003) anadan olub. Filmləri: “Çılpaq uşaqlıq”, “Lulu”, “Şeytanın günəşi altında” (Kann festivalının qalibi, 1987), “Van Qoq” və s.
   21 avqust 1929 - Məşhur latış aktrisası, SSRİ Xalq artisti Viya Artmane (Vija Artmane; 1929-2008) anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Edqar və Kristina”, “Robin Qudun oxları” və s.
   21 avqust 1997 - Görkəmli rus aktyoru, məşhur sirk ustası, kloun Yuri Nikulin (18.12.1921 - 1997) vəfat edib. Uzun illər Moskva Sirkinə rəhbərlik edib. Çəkildiyi filmlər: “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “Brilyant əl”, “Quldur qocalar”, “Müqəvva” və s.
   
   22 avqust 1862 - Fransız bəstəkarı Klod Debüssi (Achille-Claude Debussy; 1862-1918) anadan olub. Əsərləri: “Pelleas və Melizanda” (opera), “Oyunlar” (balet), “Bahar” (simfonik süita) və s.
   22 avqust 1920 - Məşhur amerikalı fantast-yazıçı Rey Bredberi (Raymond Douglas Bradbury) anadan olub. “Mars xronikaları”, “Farenqeytlə 451 dərəcə”, “Fəlakət gəlir” və s. romanların müəllifidir.
   22 avqust 1999 - Məşhur rus aktyoru Aleksandr Demyanenko (30.5.1937 - 1999) vəfat edib. “Qafqaz əsiri”, “I əməliyyatı”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s. populyar komediya filmlərində çəkilib.
   
   Hazırladı: Vüqar Orxan