Azərbaycan
   
   26 avqust 1892 - Görkəmli yazar, jurnalist, ictimai-siyasi xadim Seyid Cəfər Pişəvəri (1882 - 12.6.1947) Cənubi Azərbaycanın Xalxal mahalının Zeyvə kəndində anadan olub. 1945-1946-cı illərdə İranda azərbaycanlıların milli hərəkatına başçılıq edib. Milli hərəkatın süqutundan sonra sovet Azərbaycanına mühacirət edib və burada müəmmalı şəkildə həlak olub.
   26 avqust 1921 - Azərbaycan SSR Xalq Komissarları Soveti Dövlət Konservatoriyanın təşkili haqqında dekret verib.
     
   27 avqust 1921 - Yazıçı-dramaturq Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 1921 - 18.1.1983) Xızıda doğulub. Uzun müddət “Kirpi” jurnalının baş redaktoru olub. 1948-ci ildə “Dəniz kəşfiyyatçısı” adlı kitabı nəşr edilib. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyesləri, “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı” və s. kitabların müəllifidir.
   27 avqust 1929 - Tanınmış aktyor, rejissor Məmmədkamal Allahqulu oğlu Kazımov (1929 - 13.12.2005) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında, Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Ağdam Dövlət Dram Teatrında, Tənqid-Təbliğ Teatrında çalışıb. Çəkildiyi filmlər: “Yol əhvalatı”, “Qətl günü”, Güllələnmə təxirə salınır!...” və s.
   27 avqust 1937 - Ədəbiyyatşünas alim, yazıçı, tərcüməçi Qəzənfər Paşayev Tovuz rayonunun Düzqırıqlı kəndində anadan olub. İraq türklərinin dialekt və folklorunu tədqiq edib. “İraq-türkman folkloru”, “Altı il Dəclə-Fərat sahillərində” və s. kitabların müəllifidir.
   27 avqust 1998 - Görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadə (7.2.1919 - 1998) vəfat edib. Filmləri: “Görüş”, “Uzaq sahillərdə”, “Əsl dost”, “Arşın mal alan” (1965), “Dədə Qorqud”, “Yeddi oğul istərəm”, “Mən ki gözəl deyildim”, “Babamızın babasının babası”, “Bağ mövsümü” və s.
   
   28 avqust 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi, ölkənin bütün məktəblərində türk (Azərbaycan) dilinin icbari qaydada tədris olunması barədə qərar qəbul edib.
   28 avqust 1935 - Görkəmli yazıçı Əlibala Qüdrət oğlu Hacızadə (1935 - 9.10.2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Unutmaq olmur”, “Möcüzə” və digər roman, povest və hekayələrin müəllifi kimi geniş oxucu rəğbəti qazanıb.
   28 avqust 1940 - Nasir, publisist Ağəddin Mansur oğlu Mansurzadə (1940-2008) anadan olub.
   28 avqust 1968 - Aşıq Xındı Məmməd (Məmməd Gülabı oğlu Qəniyev; 1896, Borçalı, Qaş Muğanlı - 1968) vəfat edib. Şeirlərinin külliyyatı "Meydanda mərdi-mərdanə" adı altında çap olunub.
   
   29 avqust 1890 - Şair Məhəmmədəli Şəfai (1890- 1967) anadan olub.
   29 avqust 1960 - Tanınmış telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayev (1960 - 15.06.1992) anadan olub.
   29 avqust 1965 - Görkəmli tarzən, Xalq artisti Qurban Pirimov (26.10.1880, Ağdam, Abdal-Gülablı - 1965) vəfat edib.
   
   30 avqust 1940 - Yazıçı Əhməd İsayev anadan olub. Tarixi, sənədli publisistik əsərlərin, “Boş barılar" pyesinin müəllifidir.
   30 avqust 1984 - Görkəmli müğənni, Xalq artisti Rubabə Muradova (22.3.1933 - 1984) vəfat edib. Dövlət Opera və Balet Teatrının solisti olub. Leyli ("Leyli və Məcnun"), Əsli ("Əsli və Kərəm", Ü.Hacıbəyli), Şahsənəm ("Aşiq Qərib", Z.Hacıbəyov) və başqa partiyaları ifa edib.
   30 avqust 1991 - Azərbaycan Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul edib. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı.
   
   31 avqust 1863 - Tanınmış maarifçi, yazıçı-dramaturq Rəşid bəy Əfəndiyev (1863-1942) Şəkidə anadan olub. Azərbaycanda ibtidai təhsil üzrə ilk dərsliklərin - "Uşaq bağçası" ("Əlifba") və "Bəsirətülətfal" adlı qiraət kitabının müəllifidir. "Qan ocağı", "Saqqalın kəraməti", "Qonşu-qonşu olsa, kor qız ərə gedər", "Pul dəlisi", "Diş ağrısı" və s. pyeslərin müəllifidir.
   31 avqust 1968 - Cənubi Azərbaycanın tanınmış yazıçısı, ictimai-siyasi xadim Səməd Behrəngi (24.6.1939, Təbriz - 1968) vəfat edib. "Ulduz və qarğalar", "Çuğundursatan oğlan", "Balaca qara balıq" və s. hekayə və nağıllar kitabının müəllifidir. Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək nəşr etdirib.
   31 avqust 2000 - Görkəmli şair, publisist Şahmar Əkbərzadə (28.12.1941, Ağdam, Çəmənli - 2000) vəfat edib. "Həsrət qoxlayıram çiçək yerinə", "Mərkəzi poçtxana", "48 ölçülü qadın paltarı", "Tüstümüz", "Tikan, gəl öpüşək", "Salam de" və s. şeirlərin müəllifidir.
   Dünya
   
   26 avqust 1880 - İtalyan-polyak əsilli məşhur Fransa şairi Qiyom Apolliner (Guillaume Apollinaire - Wilhelm Albert Vladimir Apollinaris de Waz-Kostrowitcki; 1880-1918) anadan olub. Əsərləri: “Həyatı məhəbbətə həsr etmək”, “Mirabo körpüsü” və s.
   26 avqust 1913 - Rus yazıçısı Aleksandr Çakovski (1913-1994) anadan olub. “Blokada”, “Qələbə” və s. romanların müəllifidir.
   26 avqust 1914 - Argentina yazıçısı və şairi Xulio Kortasar (Julio Florencio Cortazar; 1914-1984) anadan olub. Əsərləri: "Uduş", "Sonuncu raund", "Manuelin kitabı" və s.
   26 avqust 1941 - Fransız kinorejissoru Barbet Şröder (Barbet Schroeder) anadan olub. Filmləri: “Taleyin əks üzü”, “Tənha bəyaz qadın”, “Ölüm öpüşü” və s.
   
   27 avqust 1770 - Görkəmli alman filosofu Georq Vilhelm Fridrix Hegel (Georg Wilhelm Friedrich Hegel; 1770 - 14.11.1831) anadan olub. Əsərləri: “Ruhun fenomenologiyası”, “Məntiq elmi”, “Tarixin fəlsəfəsi” və s.
   27 avqust 1856 - Klassik Ukrayna ədəbiyyatının banilərindən biri, yazıçı, şair İvan Yakovleviç Franko (1856-1916) anadan olub. Əsərləri: “Kəsişən cığırlar”, “Cəmiyyətin dirəkləri” romanları, “Oğurlanmış xoşbəxtlik”, “Zirvələrdən və düzənlərdən“ şeirlər toplusu.
   27 avqust 1871 - Görkəmli Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 1871 - 28.12.1945) anadan olub. Əsərləri: “Kerri bacı”, “Cenni Gerhardt”, “Maliyyəçi”, “Titan”, “Dözümlü adam” (“Arzular trilogiyası”), “Amerika faciəsi”, “Dahi” və s. romanların müəllifidir.
   27 avqust 1896 - Məşhur rus aktrisası, SSRİ Xalq artisti Faina Ranevskaya (Feldman, 1896-1984) anadan olub.
   27 avqust 1899 - İngilis yazıçısı Sesil Forester (Cecil Scott Forester - Smith; 1899-1966) anadan olub. Əsərləri: “Xoşbəxt qayıdış”, “Ödəniş təxirə salınıb”, “Amerika kraliçası”.
   
   28 avqust 1749 - Görkəmli alman şairi, yazıçı-dramaturq Yohann Volfqanq Göte (Johann Wolfgang von Goethe; 1749 - 22.3.1832) anadan olub. Əsərləri: “Faust” mənzum tragediyası, “Vilhelm Meysterin təhsil illəri", "Gənc Verterin iztirabları" romanları, “İfifeniya”, “Torkvato Tasso” dramları və s.
   28 avqust 1867 - İtaliya bəstəkarı Umberto Cordano (Umberto Menotti Maria Giordano; 1867-1948) anadan olub. Operaları: “Andre Şenye”, “Fedora”, “Sibir”, “Madam Sen-Jen” və s.
   28 avqust 1925 - Yəhudi əsilli Rusiya yazıçısı Arkadi Natanoviç Struqaski (1925-1991) anadan olub. Qardaşı Boris Struqaski ilə məşhur fantastik əsərlərin həmmüəllifidir. Əsərləri: “Bikini külü”, “Tünd qırmızı buludlar ölkəsi”, “Günorta, XXII əsr”, “Əsrin yırtıcı əşyaları” və s.
   28 avqust 1948 - Məşhur rus aktrisası Natalya Qundareva (1948-2005) anadan olub. Filmləri: “Payız marafonu”, “Qaqrada qış axşamı” və s.
   29 avqust 1632 - İngilis filosofu Con Lokk (John Locke, 1632-1704) anadan olub.
   29 avqust 1780 - Fransız rəssamı Jan Ogüst Dominik Enqr (Jean-Auguste-Dominique Ingres, 1780-1867) anadan olub.
   29 avqust 1862 - Belçika yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1911) laureatı Moris Meterlink (Maurice Polydore Marie Bernard Maeterlinck: 1862-1949) anadan olub. “Göy quş”, “Beatris bacı” pyesləri, “Güllərin idrakı”, “Arıların həyatı” fəlsəfi pritçaları.
   29 avqust 1903 - Məşhur rus aktyoru Andrey Fayt (1903-1976) anadan olub. “Ələddinin sehrli çırağı”, “Brilyant əl”, habelə “Azərbaycanfilm”də lentə alınan “Uzaq sahillərdə” (Mazelli), “Bir qalanın sirri” (Göygöz kosa) filmlərində çəkilib.
   29 avqust 1915 - Dünya şöhrətli İsveç aktrisası, üç dəfə «Oskar» laureatı İngrid Berqman (İngrid Bergman; 1915-29.8.1982) anadan olub. Filmləri: “Anastasiya”, “Şərq ekspresində qətl”, “Qaz işığı” və s.
   29 avqust 1920 - Amerika caz musiqiçisi Çarli Parker (Charlie "Bird" Parker, 1920-1955) anadan olub.
   29 avqust 1958 - Dünya şöhrətli amerikalı müğənni Maykl Cekson (Michael Joseph Jackson; 1958-2009) anadan olub. 13 dəfə “Qremmi” mükafatına layiq görülüb. Dünyada satılan albomların tirajına (750 milyondan çox) görə “Ginnesin rekordlar kitabı”na düşüb.
   
   30 avqust 1748 - Fransız rəssamı Jak Lui David (Jacques-Louis David, 1748-1825) anadan olub. Məşhur rəsmləri: “Maratın ölümü”, “Horasilərin andı”.
   30 avqust 1860 - Məşhur rus rəssamı İsaak İliç Levitan (1860-1900) anadan olub. Peyzaj ustası kimi tanınıb. Əsərləri: “Ağcaqayın meşəsi”, “Göl” və s.
   30 avqust 1887 - Amerika yazıçısı, fantastik seriallar müəllifi Rey Kamminqs (Raymond King Cummings, 1887-1957) anadan olub.
   30 avqust 1972 - Amerika aktrisası və top modeli Kameron Dias (Cameron Michelle Diaz) anadan olub. Filmləri: “Ən yaxşı dostumun toyu”, “Məzuniyyət mübadiləsi”.
   
   31 avqust 1749 - Rus yazıçısı Aleksandr Radişşev (1749-1802) anadan olub. “Peterburqdan Moskvaya səyahət” inqilabi romanının müəllifidir.
   31 avqust 1811 - Fransız yazıçısı Teofil Qotye (Theophile Gautier, 1811-1872) anadan olub. Romanları: “Gənc Fransa”, “Madmazel Mopen” və s.
   31 avqust 1897 - Amerika aktyoru, iki dəfə «Oskar» laureatı Frederik Març (Frederick Ernest McIntyre Bickel; 1897-1975) anadan olub. Filmləri: “Doktor Cekil və cənab Hayd”, “Anna Karenina”, “Mayda yeddi gün” və s.
   31 avqust 1941 - Görkəmli rus şairi, yazıçı Marina Svetayeva (8.10.1892 - 1941) vəfat edib. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Mənim Puşkinim”, “Əsir ruh” (nəsr əsərləri) və s.
   31 avqust 1949 - İngilis-irland əsilli məşhur Amerika kinoaktyoru Riçard Gir (Richard Tiffany Gere) anadan olub. Filmləri: “Ameliya”, “Doktor “T” və onun qadınları”, “Qaçmış gəlin”, “Birinci cəngavər”, “Gözəlçə”, “Çaqqal”, “Çikaqo”, “Gəl, rəqs edək” və s.
   
   Hazırladı: Vüqar Orxan