Azərbaycan
   
   20 sentyabr 1921 - Görkəmli astronom, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının banisi, akademik Hacıbəy Sultanov (1921-2008) anadan olub.
   20 sentyabr 1993 - Tanınmış kinorejissor, Azərbaycan və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (29.4.1919, Aşqabad, - 1993) vəfat edib. “Bakı” kinostudiyasında, "Mosfilm"də işləyib. “Onun böyük ürəyi”, "Ulduzlar sönmür”, “Məhəbbətim mənim, kədərim mənim” və s. filmlərə quruluş verib.
   
   21 sentyabr 1493 - Azərbaycan klassik təsviri sənətinin görkəmli nümayəndəsi Nizaməddin Sultan Məhəmməd (1493-1555) anadan olub. Şah İsmayılın, sonra onun oğlu şah Təhmasibin zamanında Səfəvi sarayının rəssamı olub, dünya şöhrətli Təbriz miniatür məktəbinin əsasını qoyub.
   21 sentyabr 1959 - Ədəbiyyatşünas alim, professor, AMEA-nın müxbir üzvü Nizami Qulu oğlu Cəfərov Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. Milli Məclisin deputatı, Azərbaycan Atatürk Mərkəzinin direktorudur. Azərbaycan dili və ədəbiyyatı tarixi, ümumi türkologiya, azərbaycanşünaslıq problemlərinə dair kitabların müəllifidir.
   
   21 sentyabr - Beynəlxalq Sülh günüdür. 1981-ci ildə BMT Baş Assambleyasının qərarı ilə “qlobal atəşkəs və zorakılıqsız gün kimi” təsis edilib.
   22 sentyabr 1865 - Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, teatr xadimi Cahangir Məşədi Rza oğlu Zeynalov (1865-1918) anadan olub. XX əsrin əvvəlində "Nicat", "Səfa", "Nəşri-maarif" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında çıxış edib, tamaşalara quruluş verib. Görkəmli aktrisa Nəsibə Zeynalovanın atasıdır.
   22 sentyabr 1929 - Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin baş katibi Əhməd bəy Qaraca (1929 - 6.5.2005) anadan olub. M.Ə.Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Kültür Dərnəyinin işində fəallıq göstərən Ə.Qaraca 1955-ci ildən bu quruma rəhbərlik edib, qardaş ölkədə nəşr olunan “Azərbaycan” jurnalının redaktoru olub.
   22 sentyabr 1929 - Əməkdar elm xadimi, filosof Həsən İsmayıl oğlu Şirəliyev (1929 - 30.11.1997) anadan olub.
   
   Dünya
   
   20 sentyabr 1878 - Amerika yazıçısı Epton Bill Sinkler (Upton Beall Sinclair, 1878-1968) anadan olub.
   20 sentyabr 1899 - Amerika filosofu və kulturoloqu Leo Ştraus (Leo Strauss, 1899-1973) anadan olub.
   20 sentyabr 1934 - Məşhur italyan kinoaktrisası Sofi Loren (Sophia Loren - Sofia Villani Scicolone) anadan olub.
   20 sentyabr 1946 - Fransanın Kann şəhərində birinci beynəlxalq kinofestival açılıb. Sonrakı illərdə ənənəvi hal alan festival dünyanın ən nüfuzlu kino müsabiqələrindən biri oldu.
   20 sentyabr 1948 - Amerikalı fantast-yazıçı, ssenarist və prodüser Corc Martin (George Raymond Richard Martin) anadan olub.
   20 sentyabr 1949 - Fransız aktrisası Sabina Azemanın (Sabine Azema) doğum günüdür.
   
   21 sentyabr 1866 - Məşhur ingilis fantast-yazıçısı Herbert Uells (Herbert George Wells, 1866-1946) anadan olub. Əsərləri: “Dünyaların savaşı”, “Zaman maşını”, “Gözəgörünməz adam” və s.
   21 sentyabr 1911 - Rus-sovet aktyoru və müğənnisi Mark Bernes (1911-1969) anadan olub.
   21 sentyabr 1932 - Rus yazıçısı Vladimir Voynoviçin doğum günüdür.
   21 sentyabr 1947 - Amerika yazıçısı Stiven Kinq (Stephen Edwin King) anadan olub.
   21 sentyabr 1950 - Amerika aktyoru Bill Mürrey (William James Bill Murray) anadan olub.
   
   22 sentyabr 1694 - İngilis yazısısı Filip Dormer Stenxop Çesterfild (Philip Dormer Stanhope Chesterfield, 1694-1773) anadan olub.
   22 sentyabr 1875 - Litvalı rəssam və bəstəkar, professional Litva musiqisinin banisi Nikaloyus (Nikolay) Çörlenis (1875-1911) anadan olub.
   22 sentyabr 1893 - Görkəmli rus filosofu və yazıçısı Aleksey Losev (1893-1988) anadan olub.
   22 sentyabr 1895 - Amerika aktyoru, «Oskar» mükafatı laureatı Pol Muni (Meşilem Meyer Vayzenfroynd) Paul Muni - Meshilem Meier Weisenfreund, 1895-1967) anadan olub.
   22 sentyabr 1938 - Məşhur Amerika aktyoru və müğənnisi Din Rid (Dean Cyril Reed, 1938-1986) anadan olub.
   22 sentyabr 1940 - Əslən danimarkalı olan Fransa aktrisası Anna Karina (Hanna Karin Blarke Bayer) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan