Azərbaycanda tarixi abidələrin və mədəni qoruqların mühafizəsi ilə bağlı hazırlanmış xüsusi Dövlət Proqramı Nazirlər Kabinetinə təqdim olunub.
   Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib. O, mühafizəyə ehtiyacı olan tarixi abidələrin siyahısının müəyyənləşdirildiyini, bu sənədin yaxın vaxtlarda bütün təhlillər aparıldıqdan sonra təsdiqlənəcəyini deyib. Nazir yararsız vəziyyətdə olan abidələrin dövlətin hesabına saxlanılacağını, növbəti mərhələdə turistlər üçün böyük maraq kəsb etməyən abidələrin isə sadəcə mühafizəsinin təşkil ediləcəyini bildirib.