Azərbaycan
  
   7 oktyabr 1369 - Dahi Azərbaycan şairi, filosof Seyid Əli İmadəddin Nəsimi (1369-1417) Şamaxıda anadan olub. Əsərlərini əsasən Azərbaycan dilində, qismən fars və ərəb dillərində yazıb. Nəsimi hürufilik təriqətinin ən məşhur nümayəndəsi kimi bütün Orta Şərqdə tanınıb. Ömrünün son illərini Suriyada yaşayıb. 1417-ci ildə Hələb şəhərində həbs olunub, "dinsiz" elan edilərək Misir sultanının əmri və ruhanilərin fitvası ilə edam edilib. Qəbri Hələb şəhərindədir.
   7 oktyabr 1933 - Əməkdar incəsənət xadimi, pianoçu, məşhur «Dan ulduzu» instrumental ansamblının qurucusu və rəhbəri Gülarə Əziz qızı Əliyeva (1933 - 27.7.1991) anadan olub. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir. Mədəniyyət və İncəsənət Universitetində musiqi nəzəriyyəsi kafedrasının müdiri olub.
   7 oktyabr 1947 - Kinooperator, Əməkdar incəsənət xadimi Amin Novruzov anadan olub. 1983-cü ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərir.
  
   8 oktyabr 2009 - Görkəmli yazıçı Əlibala Qüdrət oğlu Hacızadə (28.8.1935, Biləsuvar, Ağalıkənd - 2009) vəfat edib. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Unutmaq olmur”, “Möcüzə” və digər roman, povest və hekayələrin müəllifi kimi geniş oxucu rəğbəti qazanıb.
   
   9 oktyabr 1946 - Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Kənan Məmmədov anadan olub. Lentə aldığı filmlər: “ Doğma sahillər”, “Fəryad”, “Atları yəhərləyin”, “Özgə ömür”, “Təhminə”, “Ovsunçu”, “Otel otağı” və s.
   9 oktyabr 1971 - Bakıda Abbas Mirzə Şərifzadə adına Aktyor Evi açılıb.
   9 oktyabr 1991 - Azərbaycan Ali Soveti "Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələri haqqında" qanun qəbul edilib. 1998-ci ilədək 9 oktyabr Milli Ordu günü kimi qeyd olunurdu. Həmin il prezident Heydər Əliyevin imzaladığı fərmanla Silahlı Qüvvələr günü kimi Xalq Cümhuriyyəti ordusunun yaranma tarixi (26 iyun 1918) qeyd olunmağa başlandı.
   9 oktyabr 1997 - GUAM təşkilatının yarandığı gündür. Strasburqda Avropa Şurasının zirvə toplantısı çərçivəsində Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin görüşündə yeni regional əməkdaşlıq formatının - GUAM-ın yaradılması qərara alınıb.
   
   10 oktyabr 1911 - Görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, mətnşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Fəttah oğlu Zamanov (1911 - 1.4.1993) Naxçıvanın Şərur rayonunda anadan olub.
   10 oktyabr 1935 - Əməkdar incəsənət xadimi, şair Həmid Abbas (Həmid Məmmədəli oğlu Abbasov; 1935 - 19.11.1999) anadan olub.
   10 oktyabr 1935 - Şair, dramaturq Şəkər Aslan (Şəkər Mirzə oğlu Aslanov; 1935 - 13.7.1995) Lənkəran rayonunda anadan olub.
   10 oktyabr 1939 - Görkəmli şərqşünas alim, ilk azərbaycanlı qadın-ərəbşünas, filologiya elmləri doktoru, professor Aidə İmanquliyeva (1939-19.9.1992) anadan olub. 1991-1992-ci illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışıb.
  
   Dünya
  
   7 oktyabr 1849 - Amerika yazıçısı, şair və ədəbiyyatşünas Edqar Allan Po (Edgar Allan Poe, 19.1.1809 -1849) vəfat edib. Detektiv və macəra əsərlərinin müəllifidir: “Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qırmızı ölümün maskası”, “Qara pişik”.
   7 oktyabr 1915 - Rus şairəsi Marqarita Aliger (1915-1992) anadan olub. Poemaları: “İgidlərin xatirəsinə”, “Zoya” və s.
   8 oktyabr 1848 - Flamand əsilli fransız musiqiçisi, «İnternasional» himninin bəstəkarı Pyer Degeyter (Pierre Degeyter, (1848-1932) anadan olub.
   8 oktyabr 1892 - Məşhur rus şairəsi, yazıçı Marina Svetayeva (1892 - 31.8.1941) anadan olub. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Mənim Puşkinim”, “Əsir ruh” (nəsr) və s.
   8 oktyabr 1920 - Amerika fantast yazıçısı Frenk Herbert (Frank Patrick Herbert, 1920-1986) anadan olub.
   8 oktyabr 1925 - Rus yazıçısı, dissident Andrey Sinyavski (əsl adı Abram Ters; 1925-1997) anadan olub. Əsərləri: “Məhkəmə gedir”, “Lyubimov”, “Xorda səs”.
   8 oktyabr 1931 - Rus yazıçısı, siyasi detektivlər müəllifi Yulian Semyonov (1931-1993) anadan olub. Əsərləri: «Baharın on yeddi anı», SİTA bəyan edir...”, “Ekspansiya”.
   8 oktyabr 1936 - Rusiyanın Xalq artisti, məşhur aktyor Leonid Kuravlyov anadan olub. Filmləri: “İvan Vasilyeviç peşəsini dəyişir” (Miloslavski), “Baharın on yeddi anı” (Aysman) və s.
   8 oktyabr 1939 - Avstraliya kinoaktyoru Pol Hoqan (Paul Hogan) anadan olub. Məşhur filmi: “Timsah Dandi”.
   8 oktyabr 1948 - Fransız aktrisası Klod Jad (Claude Jade, 1948-2006) anadan olub. Filmləri: “Tehran-43”, Oğurlanmış öpüşlər”, “Ailə ocağı”.
  
   9 oktyabr Dünya poçt günüdür (World Post Day). 1969-cu ildə Dünya Poçt İttifaqı tərəfindən təsis olunub. BMT-nin rəsmi beynəlxalq günlər siyahısına daxildir.
   9 oktyabr 1835 - Fransız bəstəkarı Şarl Kamil Sen-Sans (Charles Camille Saint-Saens, 1835-1921) anadan olub. Operaları: “Sarı şahzadə”, “Samson və Dalila”, “Gümüş zınqırov” və s.
   9 oktyabr 1874 - Məşhur rus rəssamı, filosof və arxeoloq Nikolay Rerix (1874-1947) anadan olub.
   9 oktyabr 1908 - Fransız komediya aktyoru, kinorejissor, «Oskar» laureatı Jak Tati (Jacques Tati, 1908-1982) anadan olub. Filmləri: “Mənim dayım”, “Parad”.
   9 oktyabr 1926 - Rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Evstiqneyev (1926-1992) anadan olub. Filmləri: “Avtomobildən qorun”, “Baharın on yeddi anı”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları”.
   9 oktyabr 1940 - İngilis musiqiçisi, məşhur «The Beatles» qrupunun yaradıcılarından biri Con Lennon (John Lennon, 1940 - 8.12.1980) anadan olub.
  
   10 oktyabr 1684 - Fransız impressionist rəssamı Jan Antuan Vatto (Jean Antoine Watteau, 1684-1721) anadan olub.
   10 oktyabr 1813 - Görkəmli İtaliya bəstəkarı Cüzeppe Verdi (Giuseppe Fortunino Francesco Verdi, 1813-27.01. 1901) anadan olub. Bəstəkarın “Riqoletto”, «Traviata», «Aida» operaları dünya musiqi xəzinəsinə daxildir.
   10 oktyabr 1834 - Finlandiya yazıçı-dramaturqu, müasir fin ədəbi dilinin banisi Aleksis Kivi (Stenval) (1834-1872) anadan olub.
   10 oktyabr 1892 - Serb-xorvat yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1961) laureatı İvo Andriç (1892-1975) anadan olub. Romanları: “Drin üzərində körpü”, “Travnisk xronikası” və s.
   10 oktyabr 1909 - Rus aktyoru, SSRİ Xalq artisti Bruno Freyndlix (1909-2002) anadan olub. Filmləri: “Kortik”, “Sakit mövsüm”.
   10 oktyabr 1913 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1985) laureatı Klod Simon (Claude Simon, 1913-2005) anadan olub. Əsərləri: “Farsal döyüşü”, “Flandriya yolları”, “Qadınlar”.
   10 oktyabr 1930 - İngilis dramaturqu, ssenarist, şair, ədəbiyyat üzrə Nobel mükafatı (2005) laureatı Harold Pinter (Harold Pinter; 1930-2008) doğum günüdür. Pyesləri: “Məşuq”, “Evə qayıdış”, “İtirilmiş zamanın axtarışında”.
   10 oktyabr 1930 - Məşhur gürcü opera müğənnisi, SSRİ-nin Xalq artisti Medeya Amiranaşvili anadan olub.
   10 oktyabr 1963 - Türkiyə aktrisası, müğənni, teleaparıcı Hülya Avşar anadan olub. Filmləri: “Berlin in Berlin”, “Fatmagülün suçu nə”, “Salxım xanımın dənələri” və s. 
   
   Hazırladı: Vüqar Orxan