Azərbaycan
   
   25 oktyabr 1911 - Biblioqraf, ədəbiyyatşünas, pedaqoq Əliheydər Bala oğlu Qəhrəmanov (1911-1959) anadan olub.
   25 oktyabr 1912 - Xalq rəssamı, ilk azərbaycanlı qadın teatr rəssamlarından biri Bədurə Məlik qızı Əfqanlı (Ağamalova; 1912 - 7.5.2002). "Azərbaycanfilm"də geyim üzrə quruluşçu rəssam ("Məhəbbət dastanı", "Dəli Kür", "Dədə Qorqud" və s. filmlər) işləyib.
   25 oktyabr 1912 - Bakıda (Tağıyev teatrında) Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettasının ilk tamaşası olub.
   25 oktyabr 1921 - Görkəmli aktrisa, Xalq artisti Nəcibə Haşım qızı Məlikova (1921 - 27.7.1992) anadan olub. Müxtəlif teatrlarda çalışıb. "Ögey ana" (1959, Dilarə), "Aygün" (1961, Aygün), "Əhməd haradadır?" (1964, Nərgiz xala), "Arşın mal alan" (1965, Cahan xala) filmlərində yaddaqalan obrazlar yaradıb.
   25 oktyabr 1923 - Bakı Rus "Tənqid-təbliğ" Teatrı yenidən təşkil olunaraq Bakı İşçi Teatrı adlandırılıb. Sonradan bu sənət ocağı S.Vurğun adına Bakı Rus Dram Teatrı adlandı.
   25 oktyabr 1925 - Yazıçı, tarixçi və şərqşünas alim Əbdül Ənbiyə oğlu Hüseynov Bakının Əmircan kəndində doğulub. Aşqabad Universitetinin hüquq-tarix fakültəsini bitirib, Türkmənistanda jurnalist işləyib, mədəniyyət nazirinin müavini olub. 1960-cı ildən Moskvada yaşayır. ”Mustafaxanın xəzinəsi”, ”İslam dünyasının cəngavəri”, ”Taxta çıxan əkinçi”, ”Cənuba yürüş”, ”Bəhrəmgurun məhəbbəti və kədəri”, ”Üsyankar Xəqani” və s. tarixi romanların müəllifidir.
   25 oktyabr 1930 - Xalq rəssamı, qrafik Elmira Həbibulla qızı Şahtaxtinskaya (1930 - 15.10.1996) anadan olub.
   25 oktyabr 1935 - Qəzəlxan şair Hacı Mail (Mail İsmayıl oğlu Əliyev; 1935 - 22.8.1999) anadan olub.
   25 oktyabr 1954 - Görkəmli aktyor, SSRİ Xalq artisti Mirzəağa Əli oğlu Əliyev (1883, Bakı, Hövsan - 25.10.1954) vəfat edib. “Nicat" cəmiyyətinin teatr truppasında çıxış edib, Bakı Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, 1924-cü ildən Dövlət Dram Teatrında çalışıb. “Bismillah", "Hacı Qara", "Almaz", "Bakının ışıqları" və s. filmlərdə çəkilib.
   25 oktyabr 2008 - Dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev (17.8.1942 - 2008) vəfat edib. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. “Nizami” filmində (rejissor Eldar Quliyev) baş rola çəkilib. Azərbaycanın “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilib. Bakıda, Fəxri xiyabanda dəfn olunub.
   
   26 oktyabr 1925 - Ədəbiyyatşünas, publisist, nasir Qafar Herisçi (Kəndli) (1925 - 24.5.1997) anadan olub.
   26 oktyabr 1948 - Yazıçı-publisist Ağarəhim Rəhimov Ucar rayonunun Boyat kəndində doğulub. "Gəlinqayada qoşa məzar", "Qoşa qanad", "Ovlaq keçidi" və s. kitabların müəllifidir. "Canavar balası", "Qırmızı qar" ssenariləri əsasında bədii film çəkilib.
   26 oktyabr 1982 - Heydər Əliyevin təşəbbüsü ilə böyük ədib Hüseyn Cavidin nəşi Rusiyanın İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edilib.
   
   27 oktyabr 1931 - Filosof alim, professor Cəmil Teymur oğlu Əhmədli (1931-2010) Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub.
   27 oktyabr 1932 - Bəstəkar, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynallı (5.4.1909 - 1932) vəfat edib. Teatr tamaşalarına musiqi bəstələyib, "Uşaq süitası" ilə Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.
   27 oktyabr 1939 - Ssenarist, Əməkdar incəsənət xadimi Alla Axundova Moskvada doğulub. “Şərikli çörək”, “Alma almaya bənzər” və s. filmlərin ssenari müəllifidir.   

   Dünya
   
   25 oktyabr 1825 - Avstriya bəstəkarı İohann (oğul) Ştraus (1825-1899) anadan olub.
   25 oktyabr 1838 - Görkəmli fransız bəstəkarı Jorj Bize (Alexandre-Cesar-Leopold Bizet, 1838-3.6.1875) anadan olub. Operaları: “Karmen”, “Camile”, “Mərcan axtaranlar” və s.
   25 oktyabr 1864 - Qırğız milli ədəbiyyatının banilərindən biri, şair Toktoqul Satılqanov (1864-1933) anadan olub.
   25 oktyabr 1881 - Dünya şöhrətli ispan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 1881 - 8.4.1973) anadan olub. Kubizm cərəyanının banilərindən biridir. Məşhur əsərləri: "Avinyonlu qızlar", "Şar üzərində qızcığaz", "Gernika".
   25 oktyabr 1889 - Fransız kinosunun banilərindən biri, rejissor Abel Qans (Abel Gance, 1889-1981) anadan olub.
   25 oktyabr 1926 - Rus opera müğənnisi, SSRİ-nin Xalq artisti, məşhur bakılı musiqiçi Mstislav Rostropoviçin həyat yoldaşı Qalina Vişnevskaya anadan olub.
   25 oktyabr 1931 - Fransız kinoaktrisası Anni Jirardo (Annie Girardot) anadan olub. Filmləri: “Rokko və onun qardaşları”, “Yaşamaq üçün yaşamaq” və s.
   25 oktyabr 1938 - Rusiyanın Xalq artisti, məşhur aktrisa Tamara Petrovna Syomina anadan olub. Filmləri: “Dirilmə” (Katerina Maslova), “Qızıl buzov”, “Əbədi çağırış”.
   25 oktyabr 1950 - Britaniyalı müğənni və bəstəkar Kris Norman (Christopher Ward Norman) anadan olub.
   
   26 oktyabr 1685 - İtalyan bəstəkarı Domeniko Skarlatti (Giuseppe Domenico Scarlatti, 1685-1757) anadan olub.
   26 oktyabr 1819 - Yəhudi əsilli Danimarka yazıçısı, dramaturq Myer Qoldşmidt (Meir Aron Goldschmidt, 1819-1887) anadan olub.
   26 oktyabr 1842 - Görkəmli rus batalist rəssamı Vasili Vasilyeviç Vereşşaqin (1842-1904) anadan olub. Əsərləri: “Müharibənin təntənəsi”, “Teymurləngin qapıları” və s.
   26 oktyabr 1880 - Rus poeziyasında simvolizmin banilərindən biri, şair, yazıçı, ədəbiyyatşünas Andrey Belıy (əsl adı Boris Nikolayeviç Buqayev, 1880-1934) anadan olub.
   26 oktyabr 1912 - Amerika kinorejissoru, “Oskar” laureatı Don Siqel (Donald Siegel, 1912-1991) anadan olub. Filmləri: “Gecədə ulduz”, “Qatillər”, ”Hitler sağdır” və s.
   26 oktyabr 1926 - Rusiyanın Xalq artisti, aktyor Vladimir Terentyeviç Kaşpur (1926-2009) anadan olub. Filmləri: “Əsgər haqqında ballada”, “Batalyonlar atəş istəyir” və s.
   
   27 oktyabr 1449 - Böyük türk (özbək) mütəfəkkiri, astronom və riyaziyyatçı, dövlət xadimi Məhəmməd Tarağay Uluqbəy (22.3.1394 - 1449) vəfat edib. Əmir Teymurun nəvəsidir, atası Şahruxun ölümündən sonra Teymurilər dövlətinin başçısı olub. Özbək dilində şeirlər yazıb. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mükəmməl astronomiya kataloqu olub.
   27 oktyabr 1782 - İtalyan bəstəkarı, məşhur skripkaçı Nikkolo Paqanini (Niccolo Paganini, 1782 - 27.5.1840) anadan olub. Sonatalar, kvartetlər və digər musiqi əsərlərinin müəllifidir.
   27 oktyabr 1883 - Litva ədəbiyyatında romantizmin görkəmli nümayəndəsi, şair və dramaturq Mikolas Vaytkus (Mykolas Vaitkus, 1883-1973) anadan olub.
   27 oktyabr 1899 - Rus aktyoru, SSRİ-nin Xalq artisti Mixail İvanoviç Jarov (1899-1949) anadan olub. 1926-1929-cu illərdə Bakı İşçi Teatrında (indiki Dövlət Rus Dram Teatrı) çalışıb.
   27 oktyabr 1952 - Yapon əsilli Amerika filosofu və yazıçısı Frensis Fukuyama (Yoshihiro Francis Fukuyama) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan