Azərbaycan
   
   18 noyabr 1997 -\"Mədəniyyət haqqında\" Azərbaycan Respublikası Qanunu qəbul edilib.
   
   19 noyabr 1935 - Tanınmış dilçi alim, professor Zemfira Nadir qızı Verdiyeva (1935 - 8.11.2010) anadan olub. Uzun illər Xarici Dillər İnstitutuna (hazırda Universitet) rəhbərlik edib.
   
   20 noyabr 1910 - Nasir Məmmədəli Hüseyn oğlu Tarıverdiyev (1910 - 24.09.1985) Ordubad rayonunun Dəstə kəndində anadan olub. “Kölgəli dağ”, “Qəmküsar” pyeslərinin müəllifidir.
   20 noyabr 1930 - Görkəmli aktyor Gündüz Abbasov (1930-1995) anadan olub. “Onun böyük ürəyi”, “Bir qalanın sirri”, “Bizim küçə”, \"Telefonçu qız\", \"Babək\", “Dədə Qorqud” \"Doğma sahillər\", “Yuxu” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Ədəbi yaradıcılıqla məşğul olub, hekayələr yazıb, tərcümələr edib.
   20 noyabr 1930 - Tanınmış ədəbiyyatşünas alim, publisist, professor Qulu Qasım oğlu Xəlilov (1930 - 18.11.1995) anadan olub.
   20 noyabr 1956 - Azərbaycan teatr tarixinin görkəmli simalarından biri, aktyor, tərcüməçi, Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 21.31.1896, Ordubad - 1956) vəfat edib. “Səbuhi” (1941), “Fətəli xan” (1947) və s. filmlərdə çəkilib.
   20 noyabr 1975 - Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyi açılıb.
   
   Dünya
   
   18 noyabr 1786 - Alman bəstəkar və musiqişünası Karl Maria fon Veber (Carl Maria von Weber, 1786-1826) anadan olub.
   18 noyabr 1787 - Fransız rəssamı, fotoqrafiyanın yaradıcılarından biri Lui Jak Mande Dager (Louis Daguerre, 1787-1851) anadan olub.
   18 noyabr 1860 - Polyak bəstəkarı və pianoçusu İqnasi Yan Paderevski (Ignacy Padereweski; 1860-1941) anadan olub.
   18 noyabr 1927 - Görkəmli Rusiya kinorejissoru, ssenarist, dramaturq Eldar Aleksandroviç Ryazanov anadan olub. Filmləri: “Karnaval gecəsi”, “Avtomobildən qorun!”, “İtalyanların Rusiyada qeyri-adi macəraları”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “Qaraj” və s.
   
   19 noyabr 1528 - İntibah dövrünün italyan rəssamı Paolo Veroneze (Paolo Veronese-Cagliari; 1528-1588) anadan olub.
   19 noyabr 1711 - Görkəmli rus alimi, şair, müasir rus ədəbi dilinin banisi Mixail Vasilyeviç Lomonosov (1711-1765) anadan olub.
   19 noyabr 1843 - İsveçrə filosofu, empiriokritisizmin banilərindən biri Rixard Avenarius (Richard Heinrich Ludwig Avenarius; 1843-1896) anadan olub.
   19 noyabr 1900 - Alman yazıçısı, incəsənət və ədəbiyyat nəzəriyyəçisi Anna Zegers (Anna Seghers - əsl adı Netty Reiling, 1900-3.6.1983) anadan olub. Əsərləri: “Fevralda yol”, “Yeddinci xaç”, “Ölmüş qızların gəzintisi”, “Dar ağacında işıq” və s.
   19 noyabr 1903 - Məşhur baletmeyster və pedaqoq, SSRİ Xalq artisti Asaf Mixayloviç Messerer (1903-1992) anadan olub.
   19 noyabr 1921 - Rus kinodramaturqu Emil Braginski (1921-1998) anadan olub. Eldar Ryazanovun əksər filmlərinin ssenari müəllifidir.
   19 noyabr 1962 - Məşhur Amerika kinoaktrisası Codi Foster (Alicia Christian «Jodie» Foster) anadan olub. İki dəfə “Oskar” mükafatına (“Müttəhimlər” (1988), “Quzuların susması” (1991) layiq görülüb.
   19 noyabr 1993 - Məşhur rus kinorejissoru, SSRİ Xalq artsiti Leonid Qayday (30.1.1923 - 1993) vəfat edib. Filmləri: “Qafqaz əsiri”, “I əməliyyatı və Şurikin macəraları”, “Brilyant əl” və s.
   
   20 noyabr Dünya Uşaq Günüdür (Universal Children\"s Day). BMT Baş Assambleyası tərəfindən təsis edilib. 1959-cu il 20 noyabrda “Uşaq hüquqları Bəyannaməsi”, 1989-cu ilin həmin günündə isə “Uşaq hüquqları Konvensiyası” qəbul olunub.
   20 noyabr 1890 - Amerika kinoaktyoru Robert Armstronq (Robert Armstrong, 1890-1973) anadan olub.
   20 noyabr 1910 - Dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (9.9.1828 - 1910) vəfat edib. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” romanları, “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” povestləri, “Qaranlığın hakimiyyəti”, “Canlı meyit” pyesləri və s.
   20 noyabr 1925 - Məşhur rus balerinası, xoreoqraf, SSRİ-nin Xalq artisti Mayya Pliseskaya anadan olub.
   20 noyabr 1927 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti Mixail Aleksandroviç Ulyanov (1927 - 26.3.2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Qaçış”, “Voroşilov nişançısı”. 20-dən çox filmdə marşal G.Jukovun obrazını yaradıb.
   20 noyabr 1928 - Tanınmış rus aktyoru, SSRİ Xalq artisti Aleksey Batalov anadan olub. Filmləri: “Durnalar uçur”, “Moskva göz yaşlarına inanmır” və s.
   
   21 noyabr “Dünya televiziya günü”dür. 1996-cı il noyabrın 21-də BMT-də ilk dünya televiziya forumu keçirilib. Bu əlamətdar hadisə ilə bağlı BMT Baş Assambleyası tərəfindən (17 dekabr 1996) “Dünya televiziya günü” təsis edilib.
   21 noyabr 1694 - Görkəmli fransız şairi, mütəfəkkiri və tarixçisi Fransua-Mari Volter (Fransua-Mari Arue François-Marie Arouet; 1694 - 30.5.1778) anadan olub. Əsərləri: “Edip”, “Brut”, “Zaira”, “Sezar” tragediyaları, “Zadiq və ya tale”, “Mikromeqas”, “Kandid” fəlsəfi romanları və s.
   21 noyabr 1898 - Belçika sürrealist rəssamı Rene Fransua Gislen Magritt (Rene François Ghislain Magritte, 1898-1967) anadan olub.
   21 noyabr 1920 - Məşhur rus bəstəkarı, müğənni Yan Abramoviç Frenkel (1920-1989) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan