Azərbaycan
   
   20 dekabr 1905 - Tənqidçi, ədəbiyyatşünas Atababa Musaxanlı (1905-1941) anadan olub.
   20 dekabr 1925 - Filosof, professor Şükufə Şamil qızı Mirzəyeva anadan olub.
   
   21 dekabr 1913 - Şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov, 1913 - 2.7.1982) Gəncədə doğulub. Bir çox şeirlərinə mahnılar bəstələnib. Homerin «Odisseya», Lope de Veqanın «Nə yardan doyur, nə əldən qoyur», A.Qriboyedovun «Ağıldan bəla» və s. əsərlərini dilimizə tərcümə edib.
   21 dekabr 1916 - Yazıçı, Əməkdar mədəniyyət işçisi Süleyman Vəli oğlu Vəliyev (1916 - 7.3.1996) Bakının Ramana kəndində doğulub. “Mübahisəli şəhər”, “Daşlı bulaq”, “Düyünlər” romanlarının müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib. "Şor cüllütü" povesti əsasında “Qara gölün cəngavərləri” bədii filmi çəkilib.
   21 dekabr 1923 - Məşhur müğənni, Xalq artisti Tükəzban Məhərrəm qızı İsmayılova (1923 - 24.3.2008) anadan olub. Bir çox xarici ölkələrdə qastrollarda Azərbaycan musiqisini təbliğ edib. İfaçılıqla yanaşı, pedaqoji fəaliyyət göstərib. "Şöhrət" ordeni ilə təltif edilib.
   21 dekabr 1927 - Tanınmış heykəltəraş, Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ömər Həsən oğlu Eldarov Dağıstan Muxtar Respublikasının (Rusiya) Dərbənd şəhərində anadan olub. Ulu öndər Heydər Əliyev, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Xurşidbanu Natəvan, İbn Sina (Düşənbə) və başqa görkəmli şəxsiyyətlərin memorial abidələrinin, heykəllərinin müəllifidir. Milli Məclisin deputatı (1995-2000) olub. Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.
   
   22 dekabr 1898 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Ağarza Səməndər oğlu Quliyev (1898 - 15.9.1976) Lənkəranda doğulub. “Mən ki gözəl deyildim” (Rəhim baba), ”Sevil” (Babakişi) filmlərində çəkilib. “Qara daşlar”, “Səhər”, “Ulduz” flimlərinə quruluş verib.
   22 dekabr 1906 - Xalq artisti, müğənni Əlövsət Şirəli oğlu Sadıqov (1906-1971) anadan olub.
   22 dekabr 1911 - Görkəmli jurnalist, pedaqoq, professor Nəsir İmanquliyev (1911-1998) anadan olub. 1947-ci ildən Azərbaycan Dövlət Universitetində (indiki BDU) jurnalist kadrların hazırlanması işinə böyük töhfə verib. "Bakı" və "Baku" qəzetlərinin qurucusu və 30 ilə yaxın baş redaktoru olub.
   22 dekabr 1920 - Tanınmış kinodramaturq, yazıçı, rejissor Həsən Mehdi oğlu Seyidbəyli (1920 - 25.6.1980) anadan olub. «Uzaq sahillərdə» (İ.Qasımovla birgə), «Cəbhədən cəbhəyə» romanlarının, pyeslərin, bir çox filmlərin ssenarilərinin müəllifidir. Bir neçə filmə (“Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” ) quruluş verib.
   22 dekabr 1934 - Xalq artisti, aktyor İbrahim Əhməd oğlu Məmmədov anadan olub.   

   Dünya
   
   20 dekabr 1629 - Məşhur holland rəssamı Piter de Hox (Pieter de Hooch (Hoogh), 1629 - 1684) anadan olub.
   20 dekabr 1841 - Fransız ictimai xadimi, məşhur pasifist Ferdinand Byusson (Ferdinand Buisson, 1841-1932) anadan olub. Fransız və alman xalqları arasında anlaşma yaratmaq uğrunda fəaliyyətinə görə Nobel sülh mükafatına (1927) layiq görülüb.
   20 dekabr 1873 - Böyük türk şairi, ictimai xadimi Mehmet Akif Ersoy (1873- 27.12.1936) İstanbulda doğulub. Türkiyə Cümhuriyyətinin dövlət himninin (“İstiqlal marşı”), “Çanaqqala şəhidlərinə” poetik dastanı, “Haqqın səsləri” şeirlər toplusu və s. əsərlərin müəllifidir.
   20 dekabr 1915 - Məşhur türk yazıçısı Əziz Nesin (Mehmet Nusret Nesin; 1915 - 6.7.1995) anadan olub. Bir sıra əsərləri (“Futbol kralı”, “Taxtalıköydən məktublar” və s.) hələ sovet dövründə Azərbaycanda da çap olunub.
   20 dekabr 1922 - Amerika aktyoru, rejissor, iki dəfə “Oskar” mükafatı laureatı Corc Hill (George Roy Hill, 1921 - 27.12.2002) anadan olub. Filmləri: “Əyləncəli ferma”, “Fırıldaq” və s.
   20 dekabr 1948 - Tanınmış ingilis musiqiçisi Alan Parsons (Alan Parsons) anadan olub. “Pink Floyd”, Pol Makkartni kimi məşhurlar üçün musiqilər yazıb.
   
   21 dekabr 1639 - Görkəmli fransız dramaturqu Jan Rasin (Jean-Baptiste Racine; 1639 - 21.4.1699) anadan olub. “İfigeniya”, “Fedra” kimi dramları dünyanın bir çox teatrlarında səhnəyə qoyulub.
   21 dekabr 1804 - İngilis yazıçısı, “sosial roman”ın tanınmış nümayəndələrindən biri Bencamin Dizraeli (Benjamin Disraeli, 1804 - 19.4.1881) anadan olub. Yazıçı həm də dövlət xadimi, 1868-1880-ci illərdə Böyük Britaniyanın baş naziri olub.
   21 dekabr 1840 - Görkəmli türk şairi və yazıçısı, jurnalist və teatr xadimi Namiq Kamal (1840 - 2.12.1888) anadan olub. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah”, “Vətən yaxud Silistre” və s.
   21 dekabr 1900 - Rus dramaturqu Vsevolod Vitalyeviç Vişnevski (1900-1951) anadan olub. Oktyabr inqilabı və sosializmdən bəhs edən pyesləri uzun illər sovet teatrında səhnəyə qoyulub.
   21 dekabr 1917 - Məşhur alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1972) laureatı Henrix Böll (Heinrich Theodor Böll, 1917 - 16.7.1985) anadan olub. “Onun yarısında bilyard”, “Klounun gözü ilə” və s. romanların müəllifidir.
   21 dekabr 1937 - Amerika aktrisası, yazıçı, prodüser Ceyn Fonda (Jane Seymour Fonda) anadan olub.
   21 dekabr 1948 - Amerika aktyoru və prodüseri Semyuel Cekson (Samuel Leroy Jackson) anadan olub. Filmləri: “Kriminal qiraət”, “Yura dövrünün parkı” və s.
   
   22 dekabr 1819 - Alman bəstəkarı Frans Abt ( Franz Abt, 1819 - 1885) anadan olub.
   22 dekabr 1858 - Görkəmli italyan bəstəkarı Cakomo Puççini (Giacomo Antonio Domenico Michele Secondo Maria Puccini, 1858 - 29.11.1924) anadan olub. “Bohema”, “Toska”, “Madam Batterflyay” operalarının müəllifidir.
   22 dekabr 1937 - Rus yazıçısı Eduard Uspenski (1937 - 1974) anadan olub. Uşaqlar üçün populyar əsərlərin (“Timsah Gena və dostları”, “Fyodr dayı, it və pişik”) müəllifidir.
   22 dekabr 1962 - Məşhur ingilis aktyoru Ralf Fayns (Ralph Nathaniel Fiennes) anadan olub. Filmləri: “Şindlerin siyahısı”, “İngilis pasiyenti” və s.
   
   Hazırladı: Vüqar Orxan