Azərbaycan
   
   1 may 1494 - Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Məhəmməd Füzuli (1494-1556) İraqın Kərbəla şəhərində anadan olub. Füzulinin dəqiq təvəllüd tarixi bəlli deyil, bəzi mənbələrdə 1494-cü ilin mayı göstərilir. Türk Bayat tayfasından olan Füzulinin ailəsi İraqa Azərbaycandan köçmüşdü. Füzuli Azərbaycan türkcəsində, ərəb və fars dillərində yazıb. Ana dilində yazdığı "Leyli və Məcnun" poeması dünya ədəbiyyatının inciləri sırasına daxildir. Şair Kərbəlada vəfat edib və İmam Hüseynin məqbərəsinin yanında dəfn olunub.
   1 may 1901 - Aşıq Bəhmən Göyçəli (Bəhmən İbrahim oğlu Qarayev; 1901-13.11.1976) anadan olub.
   1 may 1910 - Xalq artisti, müğənni Sürəyya Sədrəddin qızı Qacar (1910 - 1992) Şuşada doğulub. Opera və Balet Teatrında Leyli, Gülnaz, Asya ("Leyli və Məcnun", "O olmasın, bu olsun", "Arşın mal alan", Ü.Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z.Hacıbəyli) və s. partiyalarda çıxış edib. Dövlət Filarmoniyasının solisti olub.
   1 may 1929 - Əməkdar jurnalist Sona Bağırova (1929-10.5.2001) anadan olub. Uzun illər “Azərbaycan gəncləri” qəzetində çalışıb.
   1 may 1934 - Tanınmış yazıçı, dramaturq, ssenarist İsi Abbas oğlu Məlikzadə (1934 - 12.5.1995) Ağcabədi rayonunda anadan olub. “Həsrətin sonu”, “Özgə anası”, “Kövrək qanadlar”, “Küçələrə su səpmişəm”, “Yaşıl gecə”, “Günəşli payız”, “Dədə palıd” və s. kitabların, “Qatarda” hekayəsinin, “Kişi sözü”, “Gümüşgöl əfsanəsi” filmlərinin ssenari müəllifidir.
   1 may 1936 - Tanınmış dilçi və ədəbiyyatşünas, professor, AMEA-nın müxbir üzvü Tofiq İsmayıl oğlu Hacıyev Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub. Azərbaycan türk ədəbi dilinin tarixi, türkologiya üzrə dəyərli əsərlərin, dərs vəsaitlərinin müəllifidir. Türkiyə Cümhuriyyətinin Dil, Tarix, Kültür Qurumunun fəxri üzvüdür.
   1 may 1941 - Xalq rəssamı Mayis Ağabəyov anadan olub. Əsasən kino və geyim rəssamlığı sahəsində tanınan Mayis Ağabəyov 20-dən çox filmin quruluşçu rəssamı olub: “Babək”, “Gümüşgöl əfsanəsi”, “Nizami”, “Qətl günü”, “Özgə vaxt”, “Nəsimi (Məmməd Hüseynovla birgə), “Həyat bizi sınayır” (Fikrət Bağırovla birgə) və s.
   1 may 1946 - Bəstəkar Aydın Kərim oğlu Əzimov anadan olub. "Əmanət" musiqili komediyasının (libretto - V.Səmədoğlu), "Qətl günü", "Ümid" filmlərinə musiqinin müəllifidir.
   1 may 1959 - Xalq artisti Firəngiz Bəhər qızı Mütəllimova Ağcabədi rayonunda doğulub. 1980-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Televiziya tamaşalarında (Gülnar - "Səni axtarıram", Mərcan - "Evləri köndələn yar"), filmlərdə (Sərvinaz - "Qaçaq Nəbi", Telli - "Bəyin oğurlanması", Sona - "İşarəni dənizdən gözləyin", Gülnarə - "Mənim ağ şəhərim" və s.) yaddaqalan obrazlar yaradıb.
   
   2 may 1929 - Dilçi və ədəbiyyatşünas alim, professor Yusif Mirəhməd oğlu Seyidov Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub.
   
   3 may 1857 - Yazıçı-publisist, tərcüməçi, aktyor və teatrşünas Əsgər ağa Gorani (Əsgər Haqverdi bəy oğlu Adıgözəlov; 1857-1910) Goranboy rayonunun Goran-Boyəhmədli kəndində doğulub. 1873-cü il martın 10-da milli teatr tarixinin əsasını qoyan "Lənkəran xanının vəziri" tamaşasında baş rolu (Teymur ağa) oynayıb. "Qara yel" romanının müəllifidir.
   3 may 1938 - Xalq artisti Kamal Ağahüseyn oğlu Xudaverdiyev (1938 - 23.4.2008) Bakıda doğulub. 1965-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. «Atayevlər ailəsində» (İldırım Atayev), «Alov» (Cəlal Qaşqay), «Şərqin səhəri» (Cavanşir bəy) televiziya tamaşalarında, “İtkin gəlin” teleserialında (Nəcməddin), “İstintaq davam edir” (Çingizov), “Ən vacib müsahibə” (Həsənov), «Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi» (Yusif), “Otel otağı” (Erol bəy) və s. filmlərdə çəkilib.
   3 may 1957 - Bəstəkar Cəmil Fikrət oğlu Əmirov anadan olub. Müxtəlif tərkibli instrumental ansambllar üçün caz kompozisiyalarının müəllifidir. Bir sıra sənədli və qısametrajlı filmlərə musiqi yazıb.
   
   Dünya
   
   1 may 1881 - Tanınmış fransız filosofu, antropoloq və paleontoloq Teyar de Şarden (Pierre Teilhard de Chardin, 1881-1955) anadan olub. Əsərləri: “Bəşəri mühit”, “İnsan fenomeni”.
   1 may 1905 - SSRİ Xalq artisti, tanınmış aktyor Yuri Vladimiroviç Tolubeyev (1905-1979) anadan olub. Filmləri: “Maksimin qayıtması”, “Hamlet”, “İntervensiya” və s.
   1 may 1916 - Amerika kinoaktyoru Qlenn Ford (Glenn Ford - Gwyllyn Samuel Newton Ford; 1916-2006) anadan olub. Filmləri: “Apokalipsisin dörd atlısı”, “Supermen”, “Bir çəngə möcüzə”, “Çoban” və s.
   1 may 1924 - Tanınmış rus yazıçısı Viktor Astafyev (1924-2001) anadan olub. Əsərləri: “Çar-balıq”, “Qəmli detektiv”, “Lənətlənmiş və öldürülmüşlər” və s.
   1 may 1924 - Tanınmış gürcü aktyoru və rejissoru David Abaşidze (1924-1990) anadan olub. Filmləri: “Qəm yemə”, “Pirosmani”, “Veri məhəlləsinin melodiyası”.
   
   2 may 1519 - Böyük italyan rəssamı, heykəltəraş, memar, ixtiraçı, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci, 15.4.1452 - 1519) vəfat edib.
   2 may 1772 - Alman şairi və filosofu Novalis (əsl adı Georg Friedrich Philipp Freiherr von Hardenberg; 1772-1801) anadan olub.
   2 may 1856 - Rus filosofu, ədəbiyyatşünas, yazıçı Vasili Rozanov (1856-1919) anadan olub. Kitabları: “Tərki-dünya”, “Fanilik”, “Tökülmüş yarpaqlar” və s.
   2 may 1902 - Avstraliya yazıçısı Alan Marşall (Marshall, 1902-1984) anadan olub. Avtobioqrafik tilogiyası (“Mən gölməçələr üzərindən tullana bilirəm” , “Bu otdur”, “Mənim qəlbimdə”) ilə məşhurlaşıb. “Küləkdə pıçıltı”, “Biz də belə adamlarıq” romanlarının, uşaqlar üçün kitabların müəllifidir.
   2 may 1903 - Özbəkistan kinosunun yaradıcılarından biri, aktyor, rejissor, ssenarist, SSRİ Xalq artisti Kamil Yarmatov (1903-1959) anadan olub. “Əlişir Nəvai”, “İbn Sina” filmlərinə quruluş verib.
   2 may 1911 - Məşhur tacik şairi Mirzo Tursunzadə (1911-1977) anadan olub. Əsərlərini tacik və rus dillərində yazıb. UNESCO-nun qərarı ilə 2011-ci ildə Mirzo Tursunzadənin 100 illik yubileyi geniş qeyd olunub.
   2 may 1946 - Tanınmış ingilis aktyoru Devid Suşe (David Suchet) anadan olub. Aqata Kristinin eyniadlı əsəri üzrə çəkilmiş “Puaro” serialında baş rolun ifaçısı kimi şöhrət qazanıb.
   
   3 may dünyada “Beynəlxalq söz və mətbuat azadlığı günü” (World Press Freedom Day) kimi qeyd olunur. 1991-ci il mayın 3-də dünya jurnalistlərinin Namibiyanın paytaxtı Vindhukda keçirilən regional seminarında qəbul olunmuş dünya hökumətlərinə müraciət - “Vindhuk Bəyannaməsi” ilə əsası qoyulub. 1993-cü ildə BMT Baş Assambleyası tərəfindən rəsmi gün kimi təsis edilib.
   3 may 1469 - İtalyan filosofu, yazıçı və tarixçi Nikkolo Makiavelli (Niccolo Machiavelli; 1469-22.6.1527) Florensiyada doğulub.Siyasət və əxlaq mövzusunda “Hökmdar” xüsusilə məşhurdur. “Florensiya tarixi”ni yazıb.
   3 may 1891 - Məşhur rus yazıçısı Mixail Bulqakov (3 (15).5.1891 - 1940) Kiyevdə anadan olub. Əsərləri: "Usta və Marqarita", "Ağ qvardiya", "İt ürəyi", “Cənab de Molyerin həyatı” roman və povestlərinin, "Qaçış", "Turbinlər ailəsinin günləri", "Zoykanın mənzili" pyeslərinin müəllifidir.
   3 may 1910 - Məşhur rus şairi və yazıçısı Olqa Fyodorovna Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində 900 gün blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, radioda çalışıb, “Leninqrad poeması”nı yazıb.
   3 may 1939 - Tanınmış rus rejissoru Leonid Neçayev (1939-2010) anadan olub. Məşhur uşaq filmlərinin (“Buratinonun macəraları”, “Qırmızıpapaq” və s.) filmlərə quruluş verib.
   
   Hazırladı: Vüqar Orxan