Azərbaycan
   
   27 iyul 1991 - Görkəmli pianoçu, Əməkdar incəsənət xadimi Gülarə Əziz qızı Əliyeva (7.10.1933 - 1991) vəfat edib. Məşhur «Dan ulduzu» instrumental ansamblının yaradıcısı və rəhbəri olub. Hazırda ansambl onun adını daşıyır.
   
   28 iyul 1935 - Tanınmış bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov (1935 - 15.9.2006) anadan olub. Musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaradıb: 4 simfoniya, 5 musiqili komediya, 4 oratoriya ("Odlar yurdu", "Qarabağ şikəstəsi", "Qəm pəncərəsi", “Çanaqqala"), 2 opera (“Ölülər", “Natəvan"), skripka ilə orkestr üçün, fortepiano və orkestr üçün konsertlər, mahnı və romanslar. “Şərikli çörək”, “Həyat bizi sınayır”, “Kişi sözü” və s. filmlərə musiqi yazıb.
   28 iyul 1937 - Bəstəkar, dirijor, pedaqoq Müslüm Maqomayev (18.9.1885, Qroznı - 1937) vəfat edib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin yaxın dostu və sənət yoldaşı olub. Azərbaycan peşəkar musiqili teatrının banilərindən biridir. "Şah İsmayıl" (1916), "Nərgiz" (1935) operalarının müəllifidir. 1924-cü ildən Opera Teatrının rəhbəri və dirijoru, 1929-cu ildən Azərbaycan radiosunun musiqi şöbəsinin rəhbəri olub. Hər səhər efirdə səslənən “Radio marşı”nın müəllifidir.
   28 iyul 1993 - Şair, tərcüməçi, filologiya elmləri doktoru Qasım Xansuvar oğlu Qasımzadə (23.6.1923, Qubadlı, Xocamsaxlı kəndi - 1993) vəfat edib. “Aşıq gördüyünü çağırır”, “İnsan min il yaşardı”, “Dağlar buraxmır məni” və s. kitabların müəllifidir.
   
   30 iyul 1942 - Tərcüməçi, ədəbiyyatşünas Fərhad Qəmbər oğlu Əliyev (1942-9.9.1996) anadan olub.
   
   Dünya
   
   27 iyul 1824 - Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas fils; 1824 - 27.11.1895) anadan olub. İlk kitabı “Gəncliyin günahları” adlı şeirlər toplusu olub. “Kameliyalı qadın” (1848) romanı (və eyniadlı pyes) yazıçıya şöhrət gətirib. Bu əsər əsasında Cüzeppe Verdi “Traviata” operasını yazıb. Digər əsərləri: “Diana de Lis”, “Yarıqaranlıq” (pyeslər), “Doktor Servan”, “Üç güclü kişi” (povestlər) və s.
   27 iyul 1835 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1906) laureatı Cozue Karduççi (Giosue Carducci, 1835-1907) anadan olub.
   27 iyul 1853 - Rus yazıçısı Vladimir Korolenko (1853-1921) anadan olub. Əsərləri: “Makarın yuxusu”, “Kor musiqiçi”, “Axmaq cəmiyyətdə”, “Yeraltı aləmin uşaqları” və s.
   27 iyul 1915 - İtaliya opera müğənnisi, dünya şöhrətli tenor Mario del Monako (Mario del Monaco; 1915-1982) anadan olub.

   28 iyul 1750 - Görkəmli alman bəstəkarı Yohann Sebastyan Bax (Johann Sebastian Bach; 31.3.1685 - 1750) vəfat edib. Operadan savayı bütün musiqi janrlarının yer aldığı 1000-dən çox əsər yazıb. O cümlədən: 200-dən çox kantata, 250-dək orqan musiqisi, 7 konsert və s.
   28 iyul 1804 - Alman filosofu Lüdviq Feyerbax (Ludwig Andreas Feuerbach, 1804-1872) anadan olub.
   28 iyul 1806 - Rus rəssamı Aleksandr İvanov (1806-1858) anadan olub. Əsərləri: “İsa Məsihin zühuru”, “Tövrat eskizləri” və s.
   28 iyul 1812 - Polşa yazıçısı və tarixçisi Yuzef Kraşevski (Jozef İgnacy Kraszewski, 1812-1887) anadan olub. Əsərləri: “Sehrli çıraq”, “Qrafinya Kozel”, “Bryul” romanları və s.
   28 iyul 1866 - İngilis yazıçısı və rəssamı Beatriks Potter (Beatrix Potter, 1866-1943) anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir: “Uxti-Tuxti”, “Dovşan Piter və digər əhvalatlar” .
   28 iyul 1887 - Fransız rəssamı və incəsənət nəzəriyyəçisi, dadaizm və sürrealizmin banilərindən olan Marsel Düşam (Marcel Duchamp, 1887-1968) anadan olub.
   
   29 iyul 1900 - İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1974) laureatı Eyvind Yonson (Eyvind Olov Verner Johnson; 1900-1976) anadan olub.
   29 iyul 1918 - Rus yazıçısı Vladimir Dudinsev (1918-1998) anadan olub. Əsərləri: “İnsan tək çörək üçün yaşamır”, “Ağ geyimlər”.
   29 iyul 1921 - Fransız rejissoru, dünya sənədli kinosunun tanınmış nümayəndəsi Kris Marker (Christian Bouche-Villeneuve) anadan olub. Filmləri: “Uçuş zolağı”, “Günəşsiz”, “Dərinlikdə hava qırmızıdır” və s.
   29 iyul 1954 - Məşhur bəstəkar, Rusiyanın Xalq artisti İqor Krutoy anadan olub. 300-dən çox mahnının müəllifidir, “Muz TV” kanalının, “Yeni dalğa” (Yurmala) musiqi festivalının yaradıcılarından biridir.
   
   30 iyul 1511 - İtalyan memarı, rəssam və yazıçısı Corco Vazari (Giorgio Vasari, 1511-1574) anadan olub.
   30 iyul 1818 - İngilis yazıçısı Emili Bronte (Emily Jane Bronte; 1818-1848) anadan olub. Məşhur yazıçı Şarlotta Brontenin bacısıdır. Əsərləri: “Tufan aşırımı”, “Mənim qəlbim qorxaq deyil”.
   30 iyul 1947 - Avstriya əsilli məşhur Amerika kinoaktyoru Arnold Şvarsnegger (Arnold Alois Schwarzenegger) anadan olub. Filmləri: “Terminator”, “Kommando”, “Yırtıcı”, “Qırmızı hərarət”, “Gerçək yalan” və s. 2003-2009-cu illərdə Kaliforniya ştatının qubernatoru olub.
   30 iyul 1948 - İspan əsilli məşhur fransız aktyoru Jan Reno (Jean Reno - Juan Juan Moreno y Herrera Jimenez) anadan olub. Filmləri: “Leon”, “Nikita”, “Qodzilla”, “Yaquar”.
   30 iyul 1950 - İtalyan rejissoru Qabriele Salvatores (Gabriele Salvatores) anadan olub. Filmləri: “Aralıq dənizi” (“Oskar”, 1992), “Nirvana” və s.
   30 iyul 1974 - Amerika aktrisası, Hilari Snouk (Hilary Ann Swank) anadan olub. “Oğlanlar ağlamır” və “Bir milyonluq meymun” filmlərində rollarına görə “Oskar”a layiq görülüb.
   
   Hazırladı: Vüqar Orxan