Ölkə başçısı İlham Əliyev Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə tanınmış ssenarist, rejissor Ramiz Məmməd oğlu Fətəliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.