Azərbaycan
   
   25 dekabr 1906 - Görkəmli kinorejissor, operator, rəssam Əlisəttar Ələsgər oğlu Atakişiyev (1906-7.11.1990) anadan olub. “Bir qalanın sirri”, “Bizim küçə” “Sehrli xalat”, “İstintaq davam edir” filmlərinə quruluş verib, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” filmlərinin operatoru olub.
   25 dekabr 1906 - Filologiya elmləri doktoru, professor Əli Abdulla oğlu Sultanlı (1906-1960) Naxçıvanda anadan olub. Antik ədəbiyyat, Azərbaycan dramaturgiyasının tarixinə dair kitabların müəllifidir.
   25 dekabr 1909 - Teatr rejissoru, Xalq artisti Ələsgər Məmmədtağı oğlu Şərifov (1909-8.9.1982) Şamaxıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb, "Səbuhi" filmində (1941) Mirzə Şəfi Vazeh rolunda çəkilib.
   25 dekabr 1920 - Bakıda rus “Tənqid-təbliğ teatrı” (“Satir-agit”) fəaliyyətə başlayıb. 1923-cü il oktyabrın 25-də Bakı İşçi Teatrı şəklində yenidən təşkil edilib. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır.
   25 dekabr 1930 - Filologiya elmləri doktoru, publisist Teymur Əkbər oğlu Əhmədov Şəmkirdə anadan olub. "Azərbaycan yazıçıları”, “XIX-XX əsr Azərbaycan ədəbiyyatı” ensiklopedik topluların tərtibçisidir.
   25 dekabr 1931 - Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki Abuzər Alı oğlu Xələfov anadan olub.
   25 dekabr 1934 - Ədəbiyyatşünas alim, professor, şair-publisist Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev; 1934 - 18.9.2003) Ağdam rayonunun Sarıhacılı kəndində doğulub.
   25 dekabr 1935 - Xalq yazıçısı, ictimai xadim Yusif Səmədoğlu (Vəkilov) (1935 - 17.8.1998) anadan olub. "220 saylı otaq", "Qalaktika", "Qətl günü" kitablarının müəllifidir. “Yeddi oğul istərəm”, “Qətl günü" filmlərinin ssenarisini yazıb. Milli Məclisin deputatı (1995-1998) olub.
   25 dekabr 1940 - Tarixçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Nailə Məmmədəli qızı Vəlixanlı Bakıda anadan olub. Orta əsrlər tarixinə dair tədqiqatların müəllifidir. AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktorudur.
   25 dekabr 1941 - Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941- 26.11.1995) Şəmkirin Morul kəndində doğulub. "Böyük dayaq" filmində Pərişan rolunda çəkilib. Gəncə və Naxçıvan teatrlarında, Akademik Milli Dram Teatrında çalışıb.
   
   26 dekabr 1910 - Yazıçı Yusif Şirvan (Yusif Əsgər oğlu Əsgərov; 1910-1979) Şamaxıda anadan olub. Əsərləri: "Şəfəq", "Buludlar dağılır", "Məzunlar", "Sularda yanğın", "Ömür çiçəklənir və s.
   26 dekabr 1919 - Xalq artisti, rəqqasə Əminə Paşa qızı Dilbazi (1919 - 30.4. 2010) anadan olub. "Çinar", "Sevinc" qızlar ansamblını yaradıb. Xoreoqrafiya Məktəbində dərs deyib. “O olmasın, bu olsun” filminə çəkilib. “Ulduz”, “Arşın mal alan” (1965) filmlərində rəqslərə quruluş verib.
   26 dekabr 1950 - Xalq artisti Nuriyyə Əliağa qızı Əhmədova Şəkidə doğulub. ”Bəxt üzüyü”, “Bağ mövsümü”, “Sahilsiz gecə”, “Həm ziyarət, həm ticarət” , “Yuxu” və s. filmlərə çəkilib.
   
   27 dekabr 1932 - Xalq artisti, bəstəkar Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov; 1932 - 9.8.2010) Astara şəhərində anadan olub. 200-dək mahnı, tamaşalara musiqi, "Şəhidlər" simfoniyası, "Hophopnamə" oratoriyası, "Yaşa Respublikam" kantatası və s. əsərlərin müəllifidir.
   27 dekabr 1938 - Xalq artisti Səfurə Ağabala qızı İbrahimova Bakıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb. “Sevil” (Dilbər), “Arşın mal alan” (Telli), “Qatır Məmməd” (Həbibə), “Alma almaya bənzər” (Mədinə), “Dərviş Parisi partladır” (Sənəm), “Qaynana” (Sədaqət) və s. filmlərə çəkilib.
   27 dekabr 1947 - Məşhur pianoçu, bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Şəmsi oğlu Bədəlbəyli anadan olub. 1991-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (keçmiş Azərbaycan Dövlət Konservatoriyası) rektorudur.
   
   Dünya
   
   25 dekabr 1813 - Alman şairi Fridrix Vilhelm Veber (Friedrich Wilhelm Weber, 1813 - 1894) anadan olub.
   25 dekabr 1977 - Məşhur ingilis aktyoru, rejissor, ssenarist Çarli Çaplin (Charles Spencer Chaplin, 16.4.1889 - 1977) vəfat edib.
   
   26 dekabr 1891 - Amerika yazıçısı və rəssamı Henri Miller (Henry Valentine Miller; 1891-1980) anadan olub. “Xərçəng tropiki”, “Oğlaq tropiki”, “Qara bahar” trilogiyasının müəllifidir.
   26 dekabr 1949 - Rusiyanın Xalq artisti, aktyor və müğənni Mixail Boyarski anadan olub. Filmləri: “D’Artyanyan və üç muşketyor”, “Qardemarinlər, irəli”, “İlf” qəsrinin məhbusu” və s.
   
   27 dekabr 1901 - Alman aktrisası, müğənni Marlen Ditrix (Marlene Dietrich - Marie Magdalene Dietrich; 1901 - 6.5.1992) anadan olub. 30-50-ci illərdə Hollivud ulduzu olub. Filmləri: “Şanxay ekspressi”, “Sarışın Venera”, “Qanlı imperatriçə” və s.
   27 dekabr 1948 - Fransız aktyoru Jerar Depardye (Gerard Xavier Marcel Depardieu) anadan olub. Filmləri: “Sonuncu metro”, “Sirano de Berjerak”, “Bəxti gətirməyənlər”, “Qraf Monte-Kristo” və s.
   
   Hazırladı: Vüqar Orxan