Prezident İlham Əliyev yanvarın 10-da Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
   Sərəncamda qeyd olunur ki, son illərdə, ölkənin bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da infrastruktur layihələri yerinə yetirilib, mədəniyyət, təhsil, səhiyyə və digər sosial yönümlü obyektlər istifadəyə verilib, geniş abadlıq-quruculuq işləri görülüb.
   Sərəncama əsasən, Daşkəsənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.