Bakı şəhəri Georgi Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbinin şagirdi Qafar Şamilov 2012-ci ilin may-iyun aylarında Türkiyədə 135 ölkənin təmsil olunduğu X Beynəlxalq Türk Dili Olimpiadasında iştirak edib. Qafar ötən olimpiadada qızıl medala layiq görüldüyü üçün builki festival çərçivəsində Türkiyənin 10 şəhərində keçirilən turneyə də dəvət alıb. O, Türkiyənin İstanbul, Sivas, Kayseri, Ankara, Konya, Karaman, İsparta, Antalya, Dənizli və Bodrum şəhərlərində “İnsanlıq əl-ələ” şüarı altında keçirilən festivalda Azərbaycan sazı ilə yanaşı, türk sazında da maraqlı ifalar nümayiş etdirib. Qafar Şamilovun çıxışı hər dəfə alqışlarla qarşılanıb.