Oktyabrın 8-dən 12-dək Ağstafa rayonunda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Aşıq Şəmşir adına Gənc Aşıqların VI Respublika Müsabiqəsi keçiriləcək. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan xalq yaradıcılığında müstəsna əhəmiyyətə malik aşıq sənətinə marağın artırılmasını, qədim və müasir el havalarının öyrənilməsi və qorunmasını, yeni istedadlı gənclərin üzə çıxarılması və bu işin ölkənin regionlarında daha da canlandırılmasını təmin etməkdən ibarətdir. Oktyabrın 12-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində müsabiqə qaliblərinin təltifolunma mərasimi və onların iştirakı ilə yekun konsert olacaq.