Azərbaycan Aşıqlar Birliyində saz kursu açılıb. Birliyin katibi Musa Nəbioğlunun sözlərinə görə, məşğələləri tanınmış saz ifaçıları - sənətşünaslıq namizədi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Fəzail Miskinli və həmin universitetin məzunu, Bakıdakı Ş.Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbinin müəllimi Fariz Təmirov aparırlar. Kursa gələnlər ifaçılıq sənəti ilə yanaşı, aşıq sənəti haqqında nəzəri bilgilər, klassik ustad aşıqlarımızın həyat və yaradıcılığı haqqında ətraflı məlumat əldə edə biləcəklər. Məşğələlər ödənişsizdir.