Dekabrın 4-də Tovuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Azərbaycan xalq ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ustad aşıq Hüseyn Bozalqanlının 150 illik yubileyi ilə bağlı xatirə gecəsi keçirilib.
   Hüseyn Bozalqanlı adına Dövlət Ozan-Aşıq Muzeyində keçirilən tədbirdə rayon ziyalıları, sənətsevərlər iştirak edib.
   Tədqiqatçı alim Səyyarə Qasımova və digər çıxış edənlər görkəmli aşığın həyat və yaradıcılığından söz açıblar. Rayon Xalq Teatrının üzvləri aşığın həyatından bəhs edən səhnəcik təqdim ediblər. Tədbir konsert proqramı ilə başa çatıb.