Yanvarın 30-da M.Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Dastan gecəsi” keçiriləcək. Birliyin katibi Musa Nəbioğlunun verdiyi məlumata görə, gecədə tanınmış aşıqlar Gülarə Azaflı, Sərdar Məmmədli, Ağamurad Şirvanlı, Cahangir Quliyev, Ramin Qarayev, Hakim Azaflı, Qələndər Zeynalov, Altay Məmmədli, Samirə Əliyeva, Əli Tapdıqoğlu, Dəmir Vəliyev, Təbriz Vəliyev, Sovqat İsmayılov, Bəhman Göyçəli, Nəbi Şınıxlı, Günel Tovuzlu və başqalarının ifasında “Şah İsmayıl və Ərəbzəngi”, “Aşıq Alı və Bəsti xanım”, “Səlim şah”, “Valeh və Zərnigar” və digər dastanlardan parçalar səsləndiriləcək. 

   Təranə