Görkəmli folklorşünas Əhliman Axundovun “Azərbaycan aşıqları” kitabı Tehranda ərəb qrafikalı Azərbaycan əlifbasında çap olunub. Nəfis tərtibatla nəşr olunan 535 səhifəlik kitabda xalqımızın ən qədim yaradıcılıq nümunələrindən sayılan aşıq sənətindən miras qalan bədii-estetik nümunələr toplanıb. “Azərbay” türkcə çap və yayım şirkəti tərəfindən yüksək keyfiyyətlə nəşr olunan kitabın orijinal üslubda dizayn olunması onun cəlbediciliyini daha da artırıb.