AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyevin “Şirvanlı aşıq Məmmədağa - sənət və yaradıcılıq dünyası” adlı kitabı nəşr olunub. Kitabda XX əsr Şirvan aşıq sənətinin görkəmli nümayəndəsi Məmmədağanın ömür yolu, yaradıcılığının özünəməxsus xüsusiyyətləri haqqında söhbət açılır. Nəşrin elmi redaktoru filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, rəyçilər filologiya elmlər doktorları Elxan Məmmədli, Seyfəddin Rzasoy və filologiya üzrə fəlsəfə doktoru Tariyel Qənidir.