Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə oktyabrın 20-də Azərbaycan aşıq sənətində özünəməxsus yeri olan, Əməkdar incəsənət xadimi Ədalət Nəsibovun 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Aşıq Rza Qobustanlı adına mədəniyyət evində keçirilən tədbirdə çıxış edənlər yubilyara təbriklərini çatdırıb, ona yaradıcılığında yeni uğurlar arzulayıblar. Tədbirdə iştirak edən aşıqlar öz gözəl ifaları ilə gecəyə rəng qatıblar.
Sonda ustad aşıq Ədalət Nəsibov çıxış edərək, yubiley tədbirinin təşkilatçılarına minnətdarlığını bildirib.