“TRT Avaz” televiziya kanalı Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən İkinci Beynəlxalq Aşıq Festivalı barədə “Can Azərbaycan” adlı geniş reportaj yayıb.
Festivala qatılmış el sənətkarlarının ifaları və düşüncələri əsasında hazırlanan reportajda diqqətə çatdırılıb ki, tədbir türk xalqlarının ortaq mədəni irsini yaşatmaq, inkişaf etdirmək və təbliğinə nail olmaq baxımından mühüm əhəmiyyət daşıyır. Reportajda Azərbaycanın sosial-iqtisadi inkişafını nümayiş etdirən, ölkəmizin ayrı-ayrı bölgələrinə aid kadrlardan da istifadə olunub.