Salyan Rayon Dövlət Rəsm Qalereyasında Qulu Əsgərov adına İncəsənət məktəbinin rəsm müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü İman Mustafayev şagirdlərə “Ustad dərsi” verdi.
   Tədbirdə əsas məqsəd yeniyetmə gənclərin estetik zövqünün formalaşması, məktəblilərin rəngkarlığa həvəsinin artırılması, şagirdlərin asudə vaxtının səmərəli təşkilinə istiqamət verməkdən ibarət idi. Tədbirdə rayon icra hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Rəşad Cəbrayılov, Mədəniyyət və Turizm şöbəsinin müdiri Elçin Hüseynov, rayon məktəblərinin müəllim və şagid kollektivi iştirak etdi. Tədbirdə çıxış edən İman Mustafayev şagirdlərə rəssamlığın incəliklərindən, insanların zövqlərini oxşamasından, rənglərin sirlərindən danışdı. Daha sonra şagirdlərin çəkdikləri rəsm əsərlərinə baxış keçrildi. Tədbirin sonunda Rəşad Cəbrayılov həvəskar rəssamları mədəniyyət və turizm şöbəsinin “Fəxri Fərman”ı ilə mükafatlandırdı.
   
   Lətif Zərbəliyev,
   Salyan