Qəbələ ərazisində qədim Qəbələ şəhərinin xarabalıqlarında arxeoloji qazıntı işləri davam etdirilir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli bildirib ki, institutun alimləri arxeoloji qazıntı işlərini Koreya Respublikasından olan mütəxəssislər ilə birgə aparırlar.
   Ağsu rayonu ərazisində isə orta əsrlərə (XVII-XVIII əsrlər) aid şəhər tipli yaşayış məskənlərinin qalıqları aşkar olunub. Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib ki, ərazidə arxeoloji qazıntılar davam etdirilir.