Naxçıvan Muxtar Respublikası Elmi-Bərpa İstehsalat İdarəsinin mütəxəssisləri Ordubad şəhərində 17-ci əsrə aid Qeysəriyyə binasını bərpa edirlər. Şərq memarlığı üslubunda inşa edilmiş bu binadan inqilabdan əvvəl məscid, sovet dövründə isə anbar kimi istifadə edilib. Hazırda binada Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.