Avqustdan Gəncə şəhərində bir neçə tarixi abidənin təmirinə başlanılacaq.
   İlk növbədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinin təmiri nəzərdə tutulur. Məqbərənin ətrafındakı döşəmədə yaranmış çatlar aradan qaldırılacaq, köməkçi otaqların dam örtükləri dəyişdiriləcək, fəvvarələr yenidən qurulacaq. Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, ikinci təmir olunacaq abidə XVIII əsrdə inşa edilmiş Uğurlu bəy karvansarayıdır. Artıq abidənin təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması işi başa çatdırılıb. Abidənin təmiri başa çatdırıldıqdan sonra bu məkan turistlər üçün ən maraqlı yerlərdən biri olacaq.