Naxçıvan Dövlət Film Fondunda 2 avqust - Milli kino günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov 112 yaşlı Azərbaycan kinosunun keçdiyi inkişaf yolundan danışıb.
   Son illər ölkəmizdə mədəniyyətin müxtəlif sahələrinə, o cümlədən kino sahəsinə xüsusi diqqət göstərildiyini xatırladan S. İbrahimov ölkə başçısının imzaladığı sərəncamlara əsasən kinonun inkişaf strategiyasının müəyyənləşdirildiyini bildirib, bunun məntiqi nəticəsi olaraq yeni-yeni kinoların çəkildiyini deyib. O, muxtar respublikada kinoteatrların tikildiyini, bu mədəniyyət müəssisələrinin fəaliyyəti üçün hər cür şərait yaradıldığını vurğulayıb.
   Tədbirdə əlamətdar gün ilə bağlı çıxışlardan sonra Naxçıvan Dövlət Film Fodunda yaradılan “Kino muzeyi” ilə tanışılıq olub. Muzeydə müxtəlif illərdə istehsal olunan Azərbaycan kinolarından rekvizitlər, film çəkilişləri zamanı çəkilən fotolar nümayiş etdirilib.