Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Arxeologiya və Etnoqrafiya İnstitutu və ABŞ-ın Pensilvaniya Universiteti əməkdaşlarının Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisindəki Oğlanqala arxeoloji abidəsində birgə tədqiqatları başa çatıb.
   
   Ekspedisiyanın əlaqələndiricisi, tarix elmləri namizədi Səfər Aşurov bildirib ki, Oğlanqala abidəsi Qafqaz və Ön Asiyanın ən iri siklop tikintisi olmaqla yanaşı, istər inşaat xüsusiyyətlərinə və istərsə də maddi-mədəniyyət nümunələrinin xarakterinə görə nadir abidədir. Tədqiqatlar nəticəsində məlum olub ki, ərazidə 6 min il əvvəl yerli tayfalar metal emalı ilə məşğul olublar. Bundan başqa, eradan əvvəl IV minilliyin ortalarında yerli əhali arasında tikinti sənətkarlığı da inkişaf edib. Aşkarlanan nümunələr neolit dövründə Qafqazdan Suriya və Fələstinə qədər geniş məkanda yayılan Kür-Araz mədəniyyətinin məhz indiki Azərbaycan ərazisində təşəkkül tapdığını sübut edir.
   Ekspedisiya üzvləri Şərur ərazisində ilk dəfə daş qəliblər də tapıblar ki, bu da Naxçıvan ərazisində ilk dəfə tunc emal edildiyini göstərir. Bunu qazıntı nəticəsində tapılan qədim metaləritmə kürəsi də təsdiq edir. Kül qalığından götürülən materialların analizi nəticəsində məlum olub ki, emal edilən xammal yaxın ərazilərdə yerləşən yataqlardan gətirilib. Tədqiqatların nəticələrinə əsasən qalada məskunlaşmanın eramızdan əvvəl XII-XI əsrlərdən başlandığını söyləmək mümkündür.    







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar