“Gilan Turizm” şirkətinin dəstəyi ilə Qəbələ şəhərindəki “Qafqaz Resort” mehmanxanasında “Mehmet Köymen & Priamos” adlı moda sərgisi keçirilib.
   Türkiyənin məşhur manekenləri Tuğba Altıntopun, Ebru Ürünün, Elcin Harmankayanın, Emrah Harmankayanın və Eda Sedalının iştirakı ilə keçirilən tədbirdə qadın, kişi və uşaq geyimləri, müxtəlif aksessuarlar sərgilənmişdir. Sərgidə qış və yay geyimləri nümayiş etdirilib.
   Türkiyəli qonaqlar moda sərgisindən sonra Qəbələnin turizm obyektləri, füsunkar təbiəti ilə tanış olublar. Türk manekenləri Qəbələdə azərbaycanlı həmkarları ilə birgə moda sərgisi keçirmək istədiklərini bildiriblər. Türkiyəli qonaqlar Qəbələnin ecazkar gözəlliyə malik olduğunu qeyd edib, Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlarını vurğulayıblar.