Ağcabədidə zona mərhələsi keçirilib
   

   Ağcabədi Pedaqoji Kollecində Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş ifa üzrə respublika müsabiqəsinin zona mərhələsi keçirilib. Müsabiqədə Gəncə şəhəri, Bərdə, Ağdam, Tərtər, Beyləqan, Yevlax, Ucar, Zərdab, Füzuli və Laçın rayonlarının ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Xalq çalğı alətlərində ifa və mahnı nominasiyaları üzrə keçirilmiş müsabiqənin qalibləri diplom və fəxri fərmanlarla mükafatlandırılıblar.
   Zona mərhələsi Ağcabədi ilə yanaşı, Bakı, Sumqayıt, Şirvan, Lənkəran, Gəncə, Şəki və Naxçıvan şəhərlərində də keçirilir.
   Zonalarda hər nominasiya üzrə I və II yerləri tutan ifaçılar müsabiqənin dekabrın 20-dən 23-dək Bakı Humanitar Kollecində keçiriləcək respublika mərhələsində iştirak edəcəklər.